Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polis şöbəsində intihara cəhdlə bağlı - DİN-dən açıqlama
Tarix: 20-02-2016 | Saat: 23:20
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Polis şöbəsində intihara cəhdlə bağlı -  DİN-dən açıqlama
Şirvan Şəhər Polis Şöbəsində intihara cəhd olub.

"Xəbəraz.az " xəbər verir ki, hadisə dünən baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Pərviz Əziz oğlu Muradov polis şöbəsində özünü bıçaqlayıb. O, qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dünən axşam Şirvan şəhər Xəstəxanasına çatdırılıb. Hazırda polis müşayiəti altında müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, daha əvvəl də iki dəfə məhkumluq həyatı yaşamış Pərviz Muradov Şirvan şəhər sakini olan bir qadının müraciətindən sonra saxlanılıb. Qadın ərizəsində adıçəkilən şəxsin onu döyərək soyğunçuluq yolu 230 manat pulunu aldığını qeyd edib.

“Polis əməkdaşları Pərviz Muradovun saxlanılması üçün əməliyyat tədbiri keçirib. Saxlanılan zaman o cibindən kustar üsulla hazırlanan bıçaq çıxararaq qarın nahiyyəsinə daxilə nüfuz etməyən yüngül xəsarət yetirib. O, qeyd edildiyi kimi özünü şöbədə bıçaqlamayıb. Hazırda həmin faktla bağlı araşdırma davam etdirilir”.


Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___