Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhur restoranın sahibi danışdı - “Heç bir əməliyyat olmayıb...”
Tarix: 19-02-2016 | Saat: 13:51
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Məşhur restoranın sahibi danışdı - “Heç bir əməliyyat olmayıb...”
Dünən mətbuatda “Park Orman” adlı restoranda əxlaqsız yuva aşkarlanması barədə məlumat yayılıb.
Həmin restoranın icarədarı Rüstəm Hüseynov “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

O bildirib ki, obyekti təzəlikcə icarəyə götürüb və ora ailəvi restorandır: “Restoranın kassası xalam oğlu Mənsimov Kamal Kamil oğlunun adınadır. Məlumatda adı gedən Rəşad Əliyev isə iki ay bundan öncə, mən icarəyə götürmədən əvvəl burada işləyib. Onun dövründə restoranda hər hansı əməliyyat keçirilib-keçirilmədiyi haqda məlumatım yoxdu.

Mən fevralın 1-dən buranı icarəyə götürmüşəm. Hazırda təndirxana tikirəm, başqa təmir işləri aparıram. Bura ailəvi restorandır və fevralın 1-dən bəri burada heç bir əməliyyat aparılmayıb.

Kimsə restorana gəlib, gizli şəkil çəkib. Çöldən hətta maşınımın da şəklini çəkib. Mən subay adam deyiləm, qohumum-qonşum var. Maşının nömrəsi də, restoranın adı da yayılıb. Bu mənim adıma da, restoranın adına da mənfi imic gətirir”.

Qeyd edək ki, yayılan məlumatda qeyd olunur ki, Nizami rayonu M.Abbasov küçəsində yerləşən “Park Orman” restoranında əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində restoranda əxlaqsız yuva saxlanması müəyyən edilib. Əməliyyat zamanı həmin restoranın Ağcabədi rayon sakini 1988-ci il təvəllüdlü Rəşad Əliyev tərəfindən işlədildiyi müəyyənləşdirilib. Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbəri paylaş

9028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___