Elnur Nağızadə haqda sənədlər Korrupsiya İdarəsinə göndərilib
Tarix: 19-02-2016 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Mən Elnur Nağızadənin fəaliyyətinə münasibətimi hələ ötən ilin noyabrında bildirmişəm və onu işdən azad etmişəm”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib. M. Abbaszadə bildirib ki, Elnur Nağızadə əmək məzuniyyətindən qayıtdıqdan sonra işdən çıxarılıb: “Bu ilin yanvarında isə iki nəfər onunla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib. Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur”.
M. Abbaszadə bildirib ki, E. Nağızadə ilə bağlı sənədlər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərilib: “Onunla bağlı bütün sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın. Lakin Elnur Nağızadənin fəaliyyəti TQDK-nın işinə, komissiyanın daxilindəki proseslərə heç bir təsir göstərməyib. Bilirsiniz ki, o yalnız komissiyanın mətbuat katibi olub”.
Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
E. Nağızadə isə hazırda xaricdə olduğunu deyərək, bütün ittihamları rədd edib.
Qeyd edək ki, Elnur Nağızadə 2005-ci ildən TQDK-da çalışıb.“Qafqazinfo”
Xəbəri paylaş
8738 dəfə oxunub.
Digər xəbərlər

29-06-2015, 00:22
Ermənistandakı "elektromaydan”ın arxasında nə durur? (VİDEO)
14-03-2020, 16:41
Zakir Həsənov əmr verdi - Düşmən təxribatlarının qarşısının dərhal alınması barədə
17-03-2016, 11:16
Röya: "Yenə məni ağlatmağa gəlib" - FOTO
27-07-2019, 11:39
Daha Həcc ziyarətinə gedə bilməyəcəksiniz!
24-11-2016, 18:19
Bu qız “seks xəstəliyi”indən əziyyət çəkir – FOTO
19-06-2021, 11:59
Rövşanə Ağasifqızı: “İndiki gözəllər broyler toyuğuna bənzəyirlər”
22-06-2016, 12:30
Fransız şirkəti İŞİD-ə vergi ödəyirmiş
6-12-2017, 20:21
Suriya İŞİD-dən tam azad olundu
20-02-2017, 22:00
Toppuş bacı əri ilə uşağının VİDEOSUNU paylaşdı: "Allah mənə nə istədimsə nəsib etdi..."
29-04-2016, 21:34
XİN: "Mülki əhaliyə dəymiş zərər sənədləşdirilir"