Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan hökumətinin strukturu dəyişir
Tarix: 18-02-2016 | Saat: 17:41
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ermənistan hökumətinin strukturu dəyişir

Ermənistan hökumətinin strukturu dəyişir

Hökumətin 18 fevral iclasında Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyinin bölünməsini nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Layihə Milli Məclisin 19 fevral iclasında müzakirə olunacaq.

Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyi 2014-cü ilin sonunda yaradılıb. “Hökumətin strukturu haqqında” qanuna nəzərdə tutulan indiki dəyişikliyə görə, Fövqəladə Hallar Nazirliyi bərpa olunur, eyni zamanda Ərazi İdarəçiliyi və İnkişaf Nazirliyi yaradılır.

Ermənistanda hökumət 25 nəfərlikdir. Kabinet baş nazirdən, onun müavinindən (həmin şəxs beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri postunu da tutur), 17 nazirdən ibarətdir. Hökumətin tərkibində daha 6 qurumun rəhbərləri yer alır.

Ötən həftə Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında koalisiya razılaşması əldə olunub. Razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu veriləcək. Daşnaklara veriləcək postlardan birinin ərazi idarəçiliyi və inkişaf naziri kürsüsü olacağı bildirilir.(novator.az)


Xəbəri paylaş

5958 dəfə oxunub.

Digər xəbərlər
6-05-2016, 12:01 Nazirlikdən yeni xidmət

bütün xəbərlər
____ Instagram ___