Dolların möhkəmlənməsi davam edəcək
Tarix: 18-02-2016 | Saat: 17:08
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
FES uçot dərəcəsinin artırılması planlarına dəyişiklik edə bilər
Federal Ehtiyat Sisteminin (FES) rəhbərliyi qlobal iqtisadi vəziyyət və ABŞ-dakı inflyasiya gözləntiləri ilə bağlı narahatlığını dilə gətirərək uçot dərəcəsinin artırılması planlarına dəyişiklik edə biləcəyini bildirib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, FES-in dekabrdakı son iclasında 2016-ci ildə 4 mərhələli faiz artımı ilə bağlı qərarın səsləndirilməsindən sonra müəyyən dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılıb.
FES uçot dərəcəsinin artırılması planlarındakı mümkün dəyişikliyi 3 əsas səbəblə izah edir. Belə ki, ilk növbədə FES Çin iqtisadiyyatındakı yavaşlamadan narahatdır. Maliyyəçilərin fikrincə, Çin iqtisadiyyatındakı yavaşlama inkişaf etməkdə olan ölkələr, xüsusilə ABŞ-ın Meksika və Kanada kimi əsas ticarət tərəfdaşlarının maliyyə sistemində gərginlik yarada bilər. "Bloomberg" hesab edir ki, FES-in martın 15-16-da keçiriləcək növbəti iclasına qədər Çin iqtisadiyyatının perspektivləri müəyyən olmasa, hər hansı bir faiz artımından söz gedə bilməz.
FES üçün digər narahatlıq doğuran məsələ qlobal maliyyə bazarındakı sərt dalğalanmalarla bağlıdır. Fond birjalarında səhmlərin ucuzlaşması və kredit spredlərinin genişləməsi uçot dərəcəsinin artırılmasını ertələyə bilər.
Eyni zamanda, ABŞ iqtisadiyyatının gələcəyi daha qeyri-müəyyən mərhələyə qədəm qoyduğundan, inflyasiya ilə bağlı proqnozların verilməsi çətinləşir. Dekabrda FES üzvləri 2017-ci ilin sonuna 2%-lik inflyasiya hədəfinə çatacaqlarını bildirsələr də, hazırda bu tarix naməlum vaxta kimi ertələnib. Bu da uçot dərəcəsinin artırılmasını ləngidəcək.
"Report"un analitik qrupu hesab edir ki, FES uçot dərəcəsini artırmasa da, Avropa Mərkəzi Bankı və Yaponiya Mərkəzi Bankının mənfi uçot dərəcələrini tətbiq etməsi nəticəsində genişlənən faiz spredləri fonunda dolların möhkəmlənməsi prosesi davam edəcək.
Xəbəri paylaş
5658 dəfə oxunub.
Digər xəbərlər

21-11-2016, 22:08
26 yaşlı qadını döyərək qabırğasını sındırıblar - ŞƏMKİRDƏ
8-11-2018, 13:00
Yumurtaya və toyuq ətinə gömrük güzəşti saxlanıldı - QƏRAR
13-10-2021, 17:03
Dəhşətli qəzanı törədən sürücünün - Fotoları
6-04-2017, 13:44
Zümrüd türkiyəli tanınmışa ərə gedir - Toyu iki dəfə olacaq+Foto
11-05-2018, 11:54
Atəşkəs 120 dəfə pozuldu
23-12-2015, 15:55
Tərtərin Qapanalı kəndində yeni tibb mənətəqəsi istifadəyə verilib
13-05-2015, 10:01
Erməni jurnalist Ağdam məscidindən çəkdiyi şəkilləri paylaşıb.
3-12-2015, 12:35
Gizirimiz şəhid oldu
10-07-2015, 20:18
Türkiyəli aktrisanı zorlayan şəxsin cəzası artırıldı
30-10-2015, 00:02
Bakıda şok hadisə – Körpələrin meyiti səhv düşdü – VİDEO