Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çox evdə istifadə edilən kolonyalar beyin üçün təhlükə yaradır
Tarix: 18-02-2016 | Saat: 12:30
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Çox evdə istifadə edilən kolonyalar beyin üçün təhlükə yaradır

Kolonya istifadəsinin sağlamlığa necə təsir göstərdiyini bilirsinizmi? Aile.lent.az bu dəfə kolonyanın daşıdığı risklər barədə məlumat verəcək.

Bəzi kolonya istehsalçılarının “etil” spirti yerinə zəhərli kimyəvi məhsullardan təmizlənməmiş “metil” spirti istifadə etməsi əhali üçün ciddi risk yaradır.
Bilməlisiniz ki, keyfiyyətli kolonyolarda “etanol” adlanan etil spirti istifadə edilir. “Metanol” adlanan metil spirtidir. İçində zəhərli kimyəvi maddələr olur və bu spirt növü xüsusən ucuz kolonyaların tərkibində istifadə edilir.

Keyfiyyətli kolonya su, etanol və aromatik yağlardan hazırlanır. Etanol həcmcə 80-90 dərəcə arasında dəyişir. Həcmcə yüzdə neçə etanol tərkibli olduğu kolonyanın üzərində A olaraq göstərilir. Yaxşı bir limon kolonyasının spirt dərəcəsi ən yaxşı halda 80 olmalıdır. Qoxularda spirt dərəcəsi 60 olmalıdır.

Sərinləmək və təmizlik məqsədilə istifadə etdiyimiz kolonyaların tərkibində olan maddələr bədənimizə tənəffüs və dəri yolu ilə girir. Bunlar geri dönüşü olmayan problemlər yaradır. Metanoldan hazırlanan bu kolonyanı burnunuza çəkdiyinizdə isə yüz minlərlə beyin hüceyrələriniz ölür. İstifadə edilən kolonya başda beyin olmaqla ciyərlər və dəri üzərində də mənfi təsirlər yaradır. Odur ki, kolonya alarkən ehtiyatlı olun!


Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
27-08-2015, 17:48 Məşhur cütlük boşanır

bütün xəbərlər
____ Instagram ___