Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mini yubka nədir: azadlıq, ya əxlaqsızlıq?
Tarix: 17-02-2016 | Saat: 19:13
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Mini yubka nədir: azadlıq, ya əxlaqsızlıq?
Mini yubka gənclərimizin seksual manyak kimi formalaşmasına xidmət edir” Bir çox qadınların sevimli geyimidir mini ətək. Bu geyim bütün dövrlərdə mənfi tərəfləri ilə qınağa səbəb olsa da, hər zaman dəbdə olub. Eyni zamanda, həm də daim pislənib. Bu gün də cəmiyyətimizdə mini yubkaya yanaşma birmənalı deyil. Biz bu geyimin doğurduğu sualların ən vaciblərinə cavab tapmağa cəhd etdik.
Mini yubka necə yaranıb? Mini yubkanın maraqlı yaranma tarixi var. Belə ki, 1959-cu ilin yanvar ayında gənc ingilis dizayneri Meri Kuantın ağlına çox maraqlı bir fikir gəlib. Bir dəfə o, rəfiqəsinin yeri silmək üçün qısaldılmış köhnə ətəkdə döşəməni sildiyini görüb və ağlına belə bir fikir gəlib: “Bu cür ətəyi niyə öz kolleksiyama daxil etməyim?” Həmin vaxtdan etibarən podiumlarda yeni bir tendensiya yaranıb və qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başlayıblar. Kolleksiyanın buraxıldığı ildə “qısaldılmış modeldə” 200 mindən çox ətək satılıb. Kuant bu uğura sadə izahat verib: “Mən vulqarlığa pərəstiş edirəm. Ona görə də, milyonlarla qadın mənim ideyamı qəbul etdi. Məncə, mini ətəyin yaranması qadınlara ikiqat cazibədarlıq bəxş etdi”. Meri Kuant, həmçinin, qeyd edib ki, qadının dizləri necə görünürsə, onun o qədər yaşı var.
Xatırladaq ki, mini yubkaların daha populyar olmasında fransız dizayner Andre Kurregesin də böyük rolu olub. İlk dəfə mini yubkalar 1965-ci ildə yaz-yay kolleksiyasında nümayiş olunub.

“Mini” inqilab

Beləliklə, feminizmlə işıqlanan qadın zehni moda sahəsində də fərqli düşünməyə başlayıb. Bununla da, mini ətək 1960-cı illərin ortasında Londonun ruhunu əks etdirən geyim oldu: azad, enerjili, gənc, müasir və ənənələrə zidd. Bu illərdə dəyişən qadın imici, mini ətək qızların sərbəstliyinin bir simvoluna çevrilib.
Bu gün qısa ətək həm istirahət, həm də işgüzar şəraitə uyğun geyimdir. Hər bir məşhur modelyerin kolleksiyasında qısa ətəklər mütləq olur. Elə bir xanım da tapılmaz ki, onun qarderobunda mini ətək olmasın. Qısa ətək geyinən xanım gözəl görünür və cazibəsini daha yaxşı biruzə verir. Qeyd edək ki, qısa ətəklərdə xanımlar yaşından cavan görünürlər. Belə yubkalar geyinmək arzusu xanımı həmişə formada qalmağa məcbur edir. Buna görə də, kişilərin diqqətində olmaq istəyənlər üçün qısa ətək ən yaxşı seçimdir.

Mini ətəyin ziyanı

Lakin qısa ətək çox vaxt sərbəstlik baxımından narahatlıq törədir, artıq çəkisi olanlar bu ətəklərdən istifadə etdikdə yaxşı görünmür. Həmçinin, bu ətəkləri qışın şaxtasında geyinmək münasib deyil. Alimlərin fikrinə görə, soyuq havada mini ətək geyinmək nəinki qadını üşüdür, hətta gözəllik üçün böyük təhlükə yaradır. Soyuq havada ayaqlar donur və orqanizm donmuş hissələrə daha çox müdafiə piyi ifraz edir ki, bu da sellülitin yaranmasına səbəb olur.

Kişiləri öldürən mini yubkalar…

Bu barədə rus alimlərinin araşdırmaları zamanı maraqlı nəticə ortaya çıxıb. Məlum olub ki, qadınların mini yubka geyinməsi ilə kişilərin erkən yaşda ölməsi arasında birbaşa əlaqə var. İddia olunur ki, qısa yubkalar dəb halını alandan sonra kişilər qadın gözəlliyinin qarşısında tab gətirə bilmir. 30 illik araşdırma nəticəsində o da bəlli olub ki, kişilər diqqətçəkici paltarlar geyən və onları coşduran davranışlar sərgiləyən qadınları görəndə aciz duruma düşür. Zərif cinsin nümayəndələri isə hər zaman olduğu kimi, gücsüz kişiləri rədd edir. Bu da kişilərdə streslə bağlı xəstəliklər yaradır ki, onların da 80 faizi 60 yaşına çatmamış ölür. Rus alimləri hesab edir ki, Asiyada və ərəb ölkələrində kişilər normal ömürlərini başa vura bilir. Bu da qadınların həmin ölkələrdə Rusiyaya və Qərb ölkələrinə nisbətən daha “abırlı” geyinməsindən irəli gəlir.

“Bizim kişilərdə şəhvət oyatmağa ehtiyac yoxdur”

Mini yubkaya münasibətin birmənalı olmadığı ölkələrdən biri də Azərbaycandır. “Azərbaycan qadını özünün milli geyimlərindən o qədər çox uzaqlaşıb ki, Azərbaycan kişisi indi onun heç olmasa abırlı geyinməsi dərdini çəkir, – bu, jurnalist Hafiz Mirzənin sözləridir. – Mini yubka isə heç vaxt abır-həya, namus-izzət göstəricisi ola bilməz. Mini yubka qadının çılpaq ayaqlarına erotik çalar vermək üçün düşünülüb. Kişiliyi erkən yaşlarından öləziyən Avropa kişisində şəhvət hissləri doğurmaq üçün bütün vasitələrdən, o cümlədən, erotika, pornoqrafiya və eyni xarakterli geyimlərdən istifadə olunması təbiidir. Amma bizim erkəklər, əlhəmdülillah, dünyaya istiqanlı gəlir, qaynar qanla yaşayır, ölənəcən şəhvətdən düşmür. Ona görə də, bizim qadınların mini geyinməsinə həm ehtiyac yoxdur, həm də bu, onların əxlaqının tamam pozulmasına aparıb çıxardır! Abırlı qadın heç vaxt erotik bədən əzalarının qabarıq görünməsi və hiss olunması ilə diqqəti çəkməyə çalışmaz. Ümumiyyətlə, insanın (istər qadın, istər kişi olsun) özünü göstərməklə “fors” etməsi, lovğalanması təkəbbür əlaməti olaraq günahdır”.

“Mini yubka qadına təhülkə yaradır”

45 yaşlı bir şəxsin fikri: “Artıq Azərbaycanda çoxsaylı ərlər, atalar küçədə onlar ilə yanaşı, ya da onlarsız addımlayan qızlarının, həyat yoldaşlarının seksuallığı qabardan dar şalvar, mini yubka geyinməsinə normal yanaşır. İndi əksər qadınların özü də daxil olmaqla, cəmiyyətimiz açıq-saçıq geyinməyə müsbət yanaşır. Bu laqeydlik avtomatik olaraq ağır fəsadlara yol aça bilər. Cəmiyyətimiz sağlam fikrə saymazyana yanaşsa da, qeyd edim ki, qadının küçədə, bayırda açıq-saçıq geyinməsi, ilk növbədə, əzalarının cizgilərini naməhrəm kişilərə nümayişi deməkdir. Bu günah əməl kişilərin instiktiv olaraq diqqətini cəlb etmək üçün gözəl şərait yaradır. Bu, nəinki təkcə dini baxımdan günahdır, həmçinin, qadının öz təhlükəsizliyi baxımından da xatalı bir şeydir. Çünki bu halda onlar öz hisslərini cilovlaya bilməyən xəstə əxlaqlı insanların hədəfinə çevrilmiş olurlar, başlarına çoxsaylı problemlər açırlar. Halbuki, təhlükəsizliyini, rahatlığını qorumaq, ilk növbədə, həmin qadının öz marağında olmalıdır. Təbii ki, cahil adam öz qadınının, qızının bəzən sadəcə olaraq dərrakəsizlikdən bədənini sərgiyə qoymasına və bununla da, yad kişilərdə şəhvət oyatmasına göz yumacaq. Çünki o, bu halda heç bir pis şey görmür və ya görmək istəmir. Ümumiyyətlə, qadının bəzənib düzənməsi, ətirlənməsi, qəşəng, erotik paltar geyərək seksual görünməyə çalışması – bütün bunları o, evdə öz halal əri üçün etdiyi təqdirdə başadüşüləndir. Bunları dərk etmək üçün minimum sağlam düşüncə yetər”.

İstədiyini geyinmək hər kəsin hüququdur

Turac: “Bilirsiniz, məncə, geyim hər bir kəsin öz şəxsi işidir. Qadının mini yubka geyinməsində qəbahət bir şey görmürəm. Hər kəs istədiyi kimi geyinməkdə sərbəst olmalıdır. Amma təəssüf ki, bizim millət hələ bu kimi kompleksləri aşa bilmir. Hər hansı bir geyimi geyinir, sonra da başlayır özünü narahat hiss etməyə. Düşünürəm ki, əgər narahatçılıq olmalıdırsa, bu, heç kimə görə yox, özünə görə narahatçılıq gətirən addım atmamalıdır. Ümumiyyətlə, “başqası mənə nə deyər?” fikrindən birdəfəlik əl çəkmək lazımdır”.

Mini geyinən qızlar nə deyirlər?

Aynur: “İnsan ona yaraşan şeyi geyinməlidir. Mini yubka hamıya eyni cür yaraşmır. Qadın var ki, mini yubka geyinir və doğrudan da, çox vulqar görünür. Qadın da var ki, kənardan baxanda da normal və xoş təsir bağışlayır. O keçidi qadın özü müəyyən etməlidir, məncə. Mən geyinəndə kənardan pis baxışları hiss etməmişəm. Əslində, mininin də qədəri var. Ancaq tək yubkayla hər şey düzəlmir. Əgər sən şalvar geyinmisənsə və geyiminin digər hissələri çox cəlbedicidirsə, sənə onsuz da baxacaqlar, yəni fərq etmir. Mən “mini yubka geyinən qıza baxarlar” fikri ilə buna görə razılaşmıram. Yəni baxan adam onsuz da baxır. Minini normal geyinəndə heç kim sənə pis gözlə baxmaz. Küçədə təsadüfən mini geyinən qızlara söz atan oğlanları da görmüşəm. Ancaq bayaq dediyim kimi, onlar məhz miniyə görə söz atmırlar. Söz atmağa başqa səbəblər də olur”.
Çinarə: “Mən hesab edirəm ki, insana geyiminə görə qiymət vermək – geridə qalmışlıqdır. Mini yubkaya gəldikdə, onu da geyinmək tərzi var. Mənə elə gəlir, normal oğlan onu başa düşməlidir ki, qız mini yubkanı özünü göstərmək üçün geyinib, yoxsa özünə xoş olduğu üçün. Şəxsən mənim 21 yaşım var və həmişə də mini yubka geyinmişəm. Geyimim bu günə kimi mənə problem yaşatmayıb, yəni ətrafdan artıq söz eşitməmişəm. Qeyrət-namusumuza, ata-qardaşlarımızın adını qorumağa qalanda isə, bunu əməllərimizlə etməliyik, geyimimizlə yox”.

Oğlanlar nə düşünür?

Ancaq bütün bunlara baxmayaraq, kimlər üçünsə mini yubka geyinən qız və ya qadın qəti şəkildə tərbiyəsiz, əxlaqsız, hətta “küçə qızı” olaraq qalır və düşünürlər ki, məhz o qıza sataşılmalı, söz atılmalıdır. 23 yaşlı oğlanın fikirləri: “Azərbaycanda bir qızın mini yubka geyinib keçdiyi zaman ətrafda gördüklərim şəxsən məni məyus edir. Əslində, biz kişiyik. Açıq ayaqdan da, sinədən də təsirlənə bilərik. Ancaq nifrət edirəm o adama ki, içini içində saxlaya bilmir. Gəlin belə danışaq da… Paltar kim üçün və nə üçün yaranıb? Onu geyinən üçün və onu geyinənin rahatlığı üçün. Yəni istəməzsən ki, sənin geyindiyin paltarlara görə kimsə sənə qarşı fikir yürütsün. Ümumiyyətlə, nəyə görə bir insan geyindiyi paltara görə qınaq obyektinə çevrilməlidir? Bizim millətin beynində zəhləm gedən bir fikir var: “Mini geyinən qız istəyir ki, başqası ayağına baxsın, söz atsın və s”. Bu fikir tamamilə yanlışdır, onun bu hərəkətinə səviyyəsizlik kimi baxırsansa, niyə söz atıb, onun səviyyəsinə enirsən? Qaqaş, demirsən pisdir? Baxma da! Söz atma da! Amma yox, niyə ki… Heç kim düşünməsin ki, mən bununla elə geyinən qadınları, qızları müdafiə edirəm. Heç də yox. Həqiqətən də bizdə elələri var ki, bunu geyinməklə kiminsə atdığı sözdən, çaldığı fitdən, gəlib özünü sürtməyindən xoşları gəlir. Onları, əlbəttə, qınayıram. Kimsə bu səbəbdən geyinibsə, kimsə də zövqünü oxşadığına görə geyinib. Yəni kiminsə ayağına baxırsansa, bunu həmin adamın nə xarakteri, nə də hərəkətləri ilə əlaqələndirmək düzgün deyil. Bunu özünə kişilik sayırsan? Necə kişisən ki, öz nəfsini saxlaya bilmirsən? Onu geyinən qızlara gəldikdə isə, bunu ancaq öz zövqlərinə görə geyinsinlər”.
Şəhriyar: “Mən bir Azərbaycan gənci kimi qızların qısa yubka geyinməsinə pis baxıram. Səbəb isə oğlanların onlara başqa fikirlə yanaşmalarıdır. Yəni istər-istəməz, onunla üz-üzə gələn istənilən oğlan qızın ardınca baxacaq. Elə mən də baxıram. Ancaq təəssüflər olsun, bir çoxları söz də atırlar. Mən oğlanların bu geyimdə olan qızlara söz atmasını düzgün saymıram. Ən azından onlar da kimlərinsə bacısıdır və ya anasıdır. Lakin yaxşı olar ki, qadınlar da kişilərin normal olan istəklərini nəzərə alaraq, mini yubkadan uzaq olsunlar. Bir də ki, biz axı müsəlmanıq!”
Ramin Əliyev: “Birmənalı şəkildə deyə bilərəm ki, həm mini yubka geyinən qıza, həm də bu geyimli qızlara söz atan kişilərə münasibətim pisdir. Hər ikisi yolverilməzdir. Mən şəxsən öz ailəmdə heç kimə mini yubka geyinməyə icazə verməzdim. Çünki bu, həm cəmiyyətdə fəsada yol açır, həm də ailədaxili münasibətlərə zərər yetirir”.
Eldar: “Elə geyinən qıza sataşarlar da! Elə yubka geyinirlər ki, az qala hər yerləri görünür. Mən özüm mini yubka və ya başqa formada açıq-saçıq geyinən heç bir qız-qadına sataşmıram, amma bunu edənlərlə çox qarşılaşmışam”.
Kənan: “Məncə, qız mini yubka geyinirsə, deməli, abrını itirib. İnsanlar bir-birinə geyiminə görə də qiymət verir axı. Təmiz qızla “küçə qızı” arasında bir fərq olmalıdır”.


Xəbəri paylaş

1 1978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___