Yol polisi ilə Qarabağ əlili əlbəyaxa oldu - VİDEO
Tarix: 17-02-2016 | Saat: 16:55
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
DYP əməkdaşı "Qarabağ əlilliyini əlinizdə bayraq etmisiniz" deyərək sürücünü itələyir
Bu gün səhər saat 9:00-da «20 Yanvar» metrostansiyasının yaxınlığında taksi sürücüləri ilə DYP əməkdaşları arasında insident olub. Hadisə yerində olan ölkə.az-ın əməkdaşı bildirir ki, 99 YP 334 nömrəli DYP maşınından düşən polis əməkdaşı taksi sürücüsünə maşını ərazidən götürməyi tələb edib. Bu zaman taksi sürücüsü ilə polis arasında insident yaranıb. DYP əməkdaşı taksi sürücüsündən maşının açarını tələb edib, sürücü isə maşının açarını verməyəcəyini bildirib.
Əməkdaşımızın çəkdiyi videodan da aydın görünür ki, öz maşınına minmək istəyən taksi sürücüsünü polis əməkdaşı əli ilə itələyir. Bu zaman taxi sürücüsü Qarabağ əlili olduğunu bildirir. Buna cavab olaraq DYP əməkdaşı "Qarabağ əlilliyini əlinizdə bayraq etmisiniz" deyib, yenidən taksi sürücüsünü itələyir. Polislə vətəndaşı hadisə yerində olan insanlar sakitləşdirməyə cəhd göstərirlər, ancaq polis əməkdaşı sakitləşmək bilmir.
Hadisə yerinə digər DYP əməkdaşları gəldikdən sonra hər iki şəxsi sakitləşdirmək mümkün olur. Ad və soyadını deməyən DYP işçisi isə taksi sürücüsünü hədələməkdə, DYP əməkdaşının sözünə əməl etməməyin nə olduğunu ona göstərəcəyini deməkdə davam edir. Sonradan hadisənin telefonla çəkildiyini görən DYP əməkdaşı telefonu əməkdaşımızın əlindən almağa çalışır. Telefonu ala bilmədikdən sonra isə "aparıb evdəkilərə göstərərsiniz", deyə ondan uzaqlaşır.
Xəbəri paylaş
8758 dəfə oxunub.
Digər xəbərlər

4-04-2021, 13:02
Ölkəyə daha 150 min vaksin gətiriləcək – Nazir müavini
31-07-2018, 17:49
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
24-11-2017, 09:31
Banklarla bağlı yeni qərar: xidmət haqları aşağı salındı
9-05-2020, 09:47
“Facebook”un əməkdaşları ilin sonunadək evdən işləyəcək
23-10-2016, 02:55
Bakıdakı `xruşovka`lar sökülə bilər - Video
7-09-2016, 20:43
Fransa erməni ailəsini Azərbaycana deportasiya etmək istəyir
26-11-2023, 16:04
Bakıda xanım qohumunun maşınına ciddi ziyan vurdu
22-11-2015, 15:41
O, tanış olmalarından, ayrılmalarından danışdı
2-05-2017, 11:29
Abbas ən kök halının fotosunu yaydı
14-09-2019, 10:18
Ukraynanın yeni xarici işlər naziri Azərbaycana gələcək