Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda “kolxoz” yaradıldı
Tarix: 17-02-2016 | Saat: 16:25
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycanda “kolxoz” yaradıldı
Təsərrüfat 4 kəndi əhatə edir.

Salyan rayonunun Qarabağlı kəndində 1000 hektar sahəni əhatə edən ilk kollektiv istehsalat təsərrüfatı yaradılıb.

İH-dən Oxu.Az-a daxil olan xəbərə görə, Qarabağlı kollektiv istehsalat təsərrüfatının təsis yığıncağında mülkiyyətçilər, pay torpaq sahibləri iştirak edib.

2014-2018-ci illər Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ölkə prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələr barədə məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov bildirib ki, indi əsas diqqət qeyri-neft sektoruna, xüsusilə aqrar sahənin sürətli inkişafına yönəlməlidir.

Bu məqsədlə iri təsərrüfatların yaradılması vacib məsələdir və bu istiqamətdə rayonda artıq müəyyən layihələrin icrasına başlanıb.

Qarabağlı kollektiv istehsalat təsərrüfatının yaradılmasını bunun əyani nümunəsi kimi səciyyələndirən icra başçısı perspektivdə belə təsərrüfatların sayının artacağını söyləyib. Belə təsərrüfatlarla istehsalın intensivliyi təmin olunmaqla, iqtisadi rentabellik və əhalinin məşğulluq səviyyəsi artacaq, yeni iş yerləri açılacaq. Qeyd olunub ki, belə təsərrüfatlar sərmayələr üçün cəlbedici olmaqla yanaşı, həm də ixrac yönümlü məhsul istehsalında daha böyük imkanlara malik olacaq.

Dövlətin kənd təsərrüfatına xüsusi qayğısından danışan mülkiyyətçilər Azər Ağayev, Rövşən Həsənov və başqaları bildirib ki, məhz bu amil onları yeni təsərrüfat subyekti yaratmağa ruhlandırıb.

Elə bu səbəbdən də yeni “Kollektiv İstehsalat Təsərrüfatı” təsis edilib. Yığıncaq iştirakçılarına məlumat verilib ki, beş təsisçinin təsis etdiyi təsərrüfat Qarabağlı, Kərimbəyli, Təzəkənd və Kolanı kəndlərini əhatə edir, 1000 hektar torpaq sahəsi var.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___