Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Biləcəridə tükürpədən hadisə: azyaşlı oğlana dəfələrlə təcavüz etdi
Tarix: 16-02-2016 | Saat: 13:55
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Biləcəridə tükürpədən hadisə: azyaşlı oğlana dəfələrlə təcavüz etdi
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Yasin Məhərrəmov (cinayət işi üzrə adı keçən təqsirləndirilən şəxsin də, zərərçəkmiş şəxsin də adı və soyadı şərti göstərilib) 2004-cü il təvəllüdlü Cabir Mehdiyevə təcavüz edib.
Xəbəraz.az xəbər verir ki, Yasin Məhərrəmov 2011-ci ilin dekabr ayının sonlarından başlayaraq 8 avqust 2012-ci il tarixədək müddətdə dəfələrlə Cabir Mehdiyevlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Zorakılıq

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. 2011-ci ilin ilk ayında Yasin Məhərrəmov Cabir Mehdiyevi Biləcəri qəsəbəsində yerləşən Su Melorasiya İdarəsindən bir qədər aralıda olan yarımçıq tikilinin yaxınlığındakı boş sahəyə aparıb.

Yasin Məhərrəmov orada Cabir Mehdiyevə cinsi təcavüz edib. Həmin vaxt əvvəlcə Cabir Mehdiyev Yasinin təklifi ilə razılaşmayıb. Amma Yasin Cabir Mehdiyevə qarşı zorakılıq göstərib.

“Uşaqbazılıq”

Yasin Məhərrəmov Cabir Mehdiyevin sifət və bədən nahiyəsindən yumruq zərbələri ilə vurub və ona zor tətbiq edib. Daha sonra o, Cabir Mehdiyevlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Yasin Məhərrəmov bundan sonra Cabir Mehdiyevə baş verənlər haqqında heç kimə bir söz deməməsi barədə hədə-qorxu gəlib.

Azyaşlını zorladı və videoya çəkdi

Yasin Məhərrəmov 2011-ci il ərzində, həmçinin 2012-ci ilin avqustun 8-dək olan müddətdə Cabir Mehdiyevlə dəfələrlə cinsi əlaqədə olub. Yasin Məhərrəmov Cabir Mehdiyevə qarşı iyrənc formada seksual xarakterli hərəkətlər edən zaman mobil telefonu vasitəsi ilə həmin hərəkətləri videoya çəkib.

Yasin Məhərrəmovun həmin çəkilişi etməkdə məqsədi olub. O, bununla Cabir onun təklifi ilə razilaşmayanda hədə-qorxu gəlmək məqsədi güdüb.

Hədə-qorxu

Sonradan doğrudan da bu kadrlar onun iyrənc məqsədini həyata keçirməsinə kömək edib. Belə ki, 2012-ci il avqustun 8-də o, Cabir Mehdiyevlə yenidən cinsi əlaqədə olmaq istəyib. Bu səbəbdən Yasin Məhərrəmov Cabiri özünün işlətdiyi kompyüter salonuna gətirib.

Həmin vaxt Cabir Mehdiyev Yasin Məhərrəmovun təklifi ilə razılaşmayıb. Bu zaman Yasin Məhərrəmov mobil telefonunda olan video çəkilişi Cabir Mehdiyevə göstərib.

Kompyüter salonunda seksual hərəkət

Yasin Məhərrəmov Cabirə istəyini yerinə yetirməyəcəyi halda həmin videonu həm intenetdə yayacağı, həm də dost-tanışlara göstərməklə onu rusvay edəcəyi ilə hədələyib.

Bundan sonra Cabir Mehdiyev rusvay olacağından ehtiyatlanaraq Yasin Məhərrəmovun istəyi ilə razılaşıb. Yasin Məhərrəmov növbəti dəfə həmin gün Cabir Mehdiyevlə cinsi əlaqədə olub.

Bundan sonra Yasin Məhərrəmov bir neçə ay Cabir Mehdiyevlə görüşə bilməyib. Buna səbəb isə Cabir Mehdiyevin gizlənməsi və Yasin Məhərrəmovla görüşməkdən yayınması olub.

Həm döydü, həm də zorladı

Nəhayət, 2013-cü ilin yanvarında Yasin Məhərrəmov dərsdən gələndə Cabir Mehdiyevlə rastlaşıb. Bu zaman Yasin Məhərrəmov Cabir Mehdiyevi saxlayıb və ona intim əlaqədə olmağı təklif edib.

Amma Cabir Mehdiyev onun istəyi ilə yenə də razlaşmayıb. Bu zaman Yasin Məhərrəmov sonuncu dəfə Cabiri cinsi əlaqəyə razı salıb və onu Su Melorasiya İdarəsinin arxa tərəfində olan boş sahəyə aparıb.

Yasin Məhərrəmov orada əvvəlcə Cabir Mehdiyevi döyərək, bədinin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Yasin Məhərrəmov daha sonra Cabir Mehdiyevlə qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli müxtəlif hərəkətlər edib.

Bundan sonra evlərinə gələn Cabir Mehdiyev baş verən hadisə barədə anasına danışıb. Hadisədən xəbərdar alan Cabirin valideynləri baş verən hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Bundan sonra Yasin Məhərrəmov həbs edilib.

10 il cəza

Yasin Məhərrəmov Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə araşdırması zamanı Yasin Məhərrəmovun törətdiyi cinayət əməli tam sübuta yetirilib. Cinayət işini araşdıran hakim kollegiyası sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Yasin Məhərrəmov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Yasin Məhərrəmovun müdafiəçisi apelyasiya şikayəti verib. Müdafiəçi Yasin Məhərrəmovun barəsində bəraət verici əsasların olmasını əsaslandırıb və cinayət işinə xitam verilməsini istəyib.

Amma Bakı Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti müdafiəçinin verdiyi apelyasiya şikayətinə əsas görməyib və buna görə də apelyasiya şikayəti təmin edilməyib.

Bundan sonra müdafiəçi kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəyə təqdim edilib. Bu günlərdə Ali Məhkəmədə, hakim Fərhad Kərimovun sədlik etdiyi kollegiyada kasasiya şikayətinə baxılıb.

Baxış zamanı müdafiəçi kasasiya şikayətindən imtina edilməsi barədə ərizəni hakimlərə təqdim edib. Bu səbəbdən də müdafiəçinin ərizəsinə əsasən kasasiya şikayətinə baxılamyıb və cinayət işi üzrə materiallar geri qaytarılıb.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___