Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
«Baku Bus»da işləmək istəyənlərin diqqətinə - Yeni layihə
Tarix: 16-02-2016 | Saat: 13:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

«Baku Bus»da işləmək istəyənlərin diqqətinə - Yeni layihə

Təlimdən uğurla keçən sürücülər 4 ay müddətində işlə təmin olunacaqlar.

«Baku Bus» MMC 25-40 yaş arası “D” kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsini təqdim edir. “Baku Bus” MMC-dən Avtosfer.az-a verilən məlumata görə, 10 gün davam edəcək təlimin sonunda “Baku Bus” MMC-yə məxsus avtobuslarda xidmətə tam hazır olmaq artıq sürücülərin öz əlindədir. MMC-nin Avstriyada təlim keçən peşəkar mütəxəssisləri bu işdə sürücülərin bələdçisi olacaq.

“Test&Training Azerbaijan” Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən kurslar sürücülərə sürücülük peşəkarlığını artırmaq imkanı verəcək. Məşğələlər “Yol hərəkəti qaydaları”, “Nəzəri dərslər”, “Praktiki məşğələlər”, “Təhlükəsiz idarəetmə məşqləri” , “Psixoloji dərslər və ilk tibbi yardım”, “Təhlükəsizlik qaydaları“, “Şəhərdə sürmə Testi və baş vermiş qəzaların analizi” olmaqla 7 məşğələ mövzusunu əhatə edir. Təlimlər üçün sürücülərə ən uyğun dərs qrafiki təklif edilir. Dərslər 12 nəfərlik qrup halında, təlim mərkəzində və müasir metodika ilə tədris olunacaq.Təlimdən uğurla keçən sürücülər 4 ay müddətində “Bakı Bus” MMC-də işlə təmin olunacaqlar. Sərnişin təhlükəsizliyi üçün peşəkar sürücülər şərtdir!
http://tta.az/ saytına daxil olub qeydiyyatdan keçmək mümkündür.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 077250 0046 (48)


Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___