Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhkəmə Gülər Əhmədovanın şikayətini təmin etmədi
Tarix: 16-02-2016 | Saat: 12:46
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Məhkəmə Gülər Əhmədovanın şikayətini təmin etmədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal rayon Məhkəməsinə etdiyi müraciətin rədd edildiyi qərardan verdiyi apelyasiya şikayətinə baxılıb.

Bu gün hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə G.Əhmədovanın şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə isə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verildi və o, azadlığa buraxıldı.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

Trend.az


Xəbəri paylaş

5788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___