Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan ordusu 64-cü yerdədir
Tarix: 15-02-2016 | Saat: 23:24
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Azərbaycan ordusu 64-cü yerdədir
Azərbaycan ordusu dünyanın ən güclü ordusu reytinqində 64-cü yeri tutub

Bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib.

Qonşu Gürcüstan reytinqdə 75-ci, Ermənistan isə 74-cü pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə.

Son yerlərdə Mozambik, Mali və Somalinin Silahlı Qüvvələri qərarlaşıb.

Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Hesablamalar nəticəsində ordu, onun imkanlarını əks etdirən (Power index və ya PwrIndex) qiyməti alır.


Xəbəri paylaş

5818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___