Bacısını bıçaqlayan qardaş: Tanımadığım bir şəxsin fotosu idi
Tarix: 15-02-2016 | Saat: 22:15
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
“Bir neçə dəfə başa saldım”.
Bakıda qardaş bacısını bıçaqlayıb.
Xəbəraz.az musavat.com-a istinadən bildirir ki, 29 yaşlı Yelena Rüstəm qızı Qurbanova yaşadığı Biləcəri qəsəbəsi Q.Süleymanov küçəsi ev 42 "B" ünvanından kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Dərhal əməliyyat olunan yaralının həyati təhlükəsi aradan qaldırılıb.
Hadisə barədə məlumat əldə edən Binəqədi polisinin əməkdaşları Yelena Qurbanovaya bıçaqla xəsarət yetirənin onun qardaşı 26 yaşlı Sabir Rüstəm oğlu Qurbanov olduğunu müəyyən ediblər.
Sabir saxlanılaraq istintaqa təhvil verilib. Dindirilərkən törətdiyi cinayət əməlini etiraf edən Sabir bacısını qısqanclıq zəminində bıçaqladığını bildirib:
"Demişdim ki, bayıra çıxma, çıxanda da xəbər elə. Bir neçə dəfə başa saldım. Mənə qulaq asmadı".
Rüstəm Qurbanovun sözlərinə görə, hadisə baş verən gün bacısının telefonunda şəkil görüb:
"Tanımadığım bir şəxsin fotosu idi. Həm ona görə, həm də sözümə qulaq asmadığına görə mübahisə yarandı, əsəblərimi cilovlaya bilmədim, bıçaqladım".
Bacısını bıçaqlayan qardaş onu yaralı vəziyyətdə qoyaraq, evi tərk edib. O, bacısını xəstəxanaya aparmamasını və köməksiz vəziyyətdə qoymasını əsəbi olması ilə əsaslandırır.
Taksi fəaliyyəti ilə məşğul olan Sabir Qurbanov barəsində Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin "Qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır. Cinayəti sübuta yetirilərsə, onu 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

5-06-2020, 18:21
Daha 144 azərbaycanlı vətənə gətirildi - FOTOLAR
21-02-2018, 13:14
Bakıda əri xəyanət edən qadın iynələri udaraq intihara cəhd edib
24-03-2017, 11:14
ABŞ İrana qarşı sanksiyaları sərtləşdirir
3-03-2017, 12:44
Mehman Hüseynova hökm oxundu - 2 illik həbs
20-04-2017, 12:58
Azərbaycanda eşşək pendiri satılır - ŞOK QİYMƏT
9-03-2017, 13:58
Tələbələrin cəsədləri ailələrinə təhvil verildi - Fotolar
8-07-2017, 12:20
Əkizlər haqqında BİLMƏDİYİNİZ 10 FAKT
20-03-2022, 11:14
Bir ailənin Novruz bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR
17-02-2018, 11:33
Ermənistan silahlı qüvvələri atəşkəsi 125 dəfə pozub