Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“AFFA-dan başqa “Kəpəz”ə baxan yoxdur”
Tarix: 15-02-2016 | Saat: 15:33
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər

“AFFA-dan başqa “Kəpəz”ə baxan yoxdur”

"Kəpəz”in müdafiəçisi Tərlan Quliyevin Qol.Az saytına müsahibəsi

- Əvvəlcə Topaz Premyer Liqasının son turunda “Qarabağ”a uduzduğunuz oyun (1:2) haqda danışaq. Məğlubiyyətsizlik seriyanız dünənki görüşdə qırıldı.

- Rəqibimizin gücü hamıya məlumdur. Ancaq “Qarabağ”ın 2:1 hesablı qələbəsi haqlı nəticə olmadı. Düzdür, əvvəlcədən bilirdik ki, “Qarabağ”a qarşı asan oyun olmayacaq. Lakin udzmalı deyildik. İkinci hissə başlayanda rəqibin elə bir təhlükəli epizodu olmadı. Məncə, haqlı nəticə olmadı.

- Hansı hesab haqlı olardı?

- 1:1 hesabı daha ədalətli nəticə olardı.

- “Qarabağ”ın bəxti gətirdiyini dünürsən?

- Əlbəttə. “Qarabağ”ın ikinci qolunda bəxt amili var idi. Çünki Əfranın topu künc zərbəsindən birbaşa qapıya göndərmək fikri yox idi. Sadəcə, təsadüf nəticəsində top qapıya girdi.

- Bəxt amilini qeyd etdin, ancaq “Kəpəz”in bu mövsüm xal ala bilmədiyi yeganə komanda məhz “Qarabağ”dır.

- Burada təəccüblü bir şey yoxdur. Söhbət “Qarabağ”dan gedir. Son 4-5 ildə bu komandadın nailiyyətləri göz qabağındadır. Belə bir komanda ilə mübarizə aparmaq da böyük işdir. Düzdür, son üç oyunu “Qarabağ”a uduzmuşuq. Ancaq əvvəlki iki qarşılaşmada “Qarabağ” bizdən üstün olub və qalib gəlib. Dünənki oyunda isə komandalar bərabər səviyyədə çıxış etdi. Bilmək olmaz, bəlkə gələn dəfə “Qarabağ”a qalib gəldik.

- Mövsümün sonunda “Kəpəz”lə icarə müqavilən baş çatacaq. “Qarabağ”a qayıdacaqsan, yoxsa karyeranı “Kəpəz”də davam etdirmək istəyirsən?

- Düzdür, “Kəpəz”də kollektiv çox gözəldir. Bütün uşaqlar oyuna canını qoyur. Ancaq maliyyə durumumuz çox zəifdir. “Kəpə”ə baxan yoxdur. Bizə təkcə AFFA kömək edir. Onların dəstəyi isə yalnız maaşlarımıza bəs edir. Qələbələrdən sonra heç bir mükafat almırıq Yəni həvəsləndirici heç bir şey yoxdur. Külli miqdarda maaş da almırıq. “Qarabağ” və “Qəbələ” futbolçuları qədər maaş alsaq, mükafatsız da oynamaq olar. Söhbət puldan getmir, buna da şükür edirik. Bizə motivasiya verən yalnız azarkeşlərdir, başqa hen nə. İstər-istəməz düşünürsən ki, səni 15-20 min azarkeş izləyəcək. “Qarabağ”a qayıtmağa gəldikdə isə bu, mövsümün sonunda bəlli olacaq. “Kəpəz”də də qala bilərəm. Ancaq “Qarabağ”la bir illik müqaviləm var. Klubumla məsləhətləşəcəm, nə qərar verilsə, onu də edəcəm.

- “Qarabağ”ın və millimizin müdafiəçisi Bədavi Hüseynov müsahibəsində bildirib ki, Tərlan Quliyev və Elvin Yunuszadə Rəşad Sadıqovu əvəzləyə bilər. Hazırsanmı Rəşad Sadıqovu əvəzləməyə?

- Mən “Qarabağ”da oynamışam. Müdafiənin mərkəzində oynamağa hazıram. Bu mövqedə daha yaxşı çıxış edirəm. Müdafiənin sol cinahında və orta xətdə də oynayıram. Ancaq əsas mövqeyim müdafiənin mərkəzidir. Gəncədə elə də yaxşı şərait olmasa da, həmişə öz üzərimdə işləyirəm. Bəli, “Qarabağ”da oynamağa hazıram.

- “Kəpəz” heyət sarıdan əziyyət çəkir. Bu vəziyyətdə Avropa Liqasına vəsiqə qazanmaq haqda düşünürsünüz?

- Bəli, maddi çətinliklərə görə oyunçu almaq da olmur. Ancaq biz axıra qədər mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur. Avroliqada haqda düşünmək tezdir. Qeyd etdiyiniz kimi, bizim heyətimiz geniş deyil. 17-18 futbolçu ilə mübarizə aparırıq. Oyunçumuzun biri zədələnəndə digəri onu istənilən kimi əvəzləyə bilmir. Bununla belə, sona qədər mübarizə aparacağıq. Komandanın Avroliqa istəyi var. Bunu ört-basdır etmək olmaz.


Ramiq AĞAMƏMMƏDOV


Xəbəri paylaş

6808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___