Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Vasim Məmmədəliyevin “Qurani-Kərim”i adamları ateist edir“ - Həftənin sitatları
Tarix: 14-02-2016 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm / M2 / İbadət | çapa göndər

“Vasim Məmmədəliyevin “Qurani-Kərim”i adamları ateist edir“ - Həftənin sitatları
Qamət Süleymanov: "Mən həmişə deyirəm ki, damaya üstünlük verin. Domino da olar"

PİA.AZ yeni layihəyə start verir. Hər həftənin bazar günü Azərbaycan siyasətçilərin, icitmai xadimlərinin və tanınmış simalarının ötməkdə olan həftə ərzində söylədikləri fikirlərdən maraqlı sitatları oxucularımızın diqqətinə çatdıracağıq. Əvvəlcədən qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Oxucularımızdan bunu nəzərə almağı xahiş edir və yeni layihəmizin oxucularımız tərəfindən maraqla qarşılanacağına ümid edirik.

PİA.AZ-ın redaktoru Gülyanaq İsmayılqızı yeni layihəsini oxucularına təqdim edir:

Azərbaycan prezidenti İlham Əliyev: "Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkələrə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın".

Erməni yazıçı Vaqe Avetyan: "Biz o səviyədə vəhşiləşmişik ki, artıq kimsə özünü normal aparanda buna təəccüblənirik… Ermənilərin öz səsini duyura bilməsi üçün, əvvəlcə onları son 25 ildə düşdükləri konslaqerdən azad etmək lazımdır. Ermənistanda adamı azad sözə görə şikəst edə, hətta öldürə də bilərlər".

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Ismayılov: "Məhkəmə orqanları və hakimlərin fəaliyyətilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyil".

"Yenicag.az" saytının baş redaktoru Aqil Ələsgər: "Xocalı Soyqırımını inkar edən hər dildə erməni saytı olsa da, bizim bu sahədə fəaliyyətimiz sıfırdır. Bəlkə bu illər ərzində yüz minlərlə manat sırf bu sahədə işlərə ayrılıb, fəqət ortada bir-iki işdən başqa heç nə yoxdur".

"Əbu Bəkr" məscidinin imamı, Azərbaycan sələfilərinin lideri Qamət Süleymanov: "Düzü Sərdar Cəlaloğlu mənim üçün maraqlı bir persona deyil. Mən Sərdar Cəlaloğluna və onun kimilərinə məsləhət görürəm ki, dindən danışmasınlar. Çünki dini bilən adam danışmalıdır".

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov: ""Qravitasiya dalğalarının kəşfi" niyə önəmlidir? Nyuton cazibə qanununu kəşf etmişdi, amma onun nə olduğunu izah etməyə hətta cəhd belə göstərməmişdi. O, dindar idi və məsələyə təxminən belə yanaşırdı ki, "Mən Allahın yaratdığı bir mexanizmi tapmışam, qalanı Onun öz işidir"".

"Qərb-Şərq" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu: "Sosial-iqtisadi durumun ağırlaşması fonunda etiraz, haqqını tələb eləmək qadağası altında yaşayan cəmiyyətdə intihar az qala yeganə çıxış yolu kimi qəbul olunur".

Kənd təsərrüfatı naziri Heydər Əsədov: "Hazırda ölkədə 2 milyon 200 min iribuynuzlu mal-qara var. Bu heyvanların əksəriyyəti həm az məhsul verir, həm də örüş-otlaqlarda torpaqları deqradasiyaya uğradır. Halbuki, cins tərkibini yaxşılaşdırmaqla mal-qaranın ümumi sayını 400-500 min başadək azaltmaq mümkündür".

Azərbaycan prezidenti İlham Əliyev: "Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik".

PİA.AZ saytının baş redaktoru Azər Qaramanlı: "Ölkə prezidentinin islahat əzmi 2016-cı ildə korrupsiyaya qarşı mübarizəni təbii olaraq böyüdəcək və bu da hər şeydən əvvəl orta təbəqə məmurları hakimiyyətlə üz-üzə gətircək. O məmurlar ki, yerlərdə uzun illər boyu oturuşublar və uzun illərdir ki, büdcəni talayaraq özlərinə böyük sərvət qazanıblar. Təkcə büdcəni də deyil, həmçinin yerlərdə kasıb insanların həyat şəraitinin rifahının yüksəlməsinə əsas maneə olaraq çıxış ediblər və sahibkarlığın normal inkişafını rüşvət və korrupsiya pramidası ilə əngəlləyiblər".

İqtisad elmləri doktoru Qubad İbadoğlu: "Görəsən, İqtisadiyyat Nazirliyinin "Strateji proqnozlaşdırma və planlaşdırma", Maliyyə Nazirliyinin "Makroiqtisadi proqnozlaşdırma və iqtisadi təhlil" şöbələri , Dövlət Neft Fondunun "Büdcə proqnozlaşdırma və layihələr" departamenti, Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti hansı işlə məşğul olub, gələcək strategiyalarını nəyin əsasında qurublar".

Azərbaycan prezidenti İlham Əliyev: "Bizim Xəzər dənizi kimi böyük ehtiyatımız var. Biz Xəzər dənizinin suyundan ilkin olaraq irriqasiya, daha sonra içməli su kimi istifadə edilməsi üçün pilot layihəyə başlamağa hazırıq".

Böyük Birlik Partiayasının sədri, deputat Fazil Mustafa: "Bizim də təkliflərimiz, fikirlərimiz var. Bəs biz təkliflərimizi harada bildirək? Mətbuatda fikirlərimizi səsləndiririk, amma baxan, oxuyan yoxdur. Ona görə də təkliflərin dinlənmə məkanı və formatını tapmaq lazımdır".

Sabiq nazir Əli Abbasov: "Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil".

Bank üzrə mütəxəssis Əkrəm Həsənov: “Ehtimal etmək olar ki, banklar birləşmə şüarı adı altında əmanətlərin qaytarılmasını dayandırsınlar. Bu qanunsuzdur, amma hər şey ola bilər”.

Tia.az saytının baş redaktoru Əlişir Əhəd: "Edam kürsüsündə asqıran adama "sağlam ol" demirlər".

Milli Məclisin keçmiş sədri Rəsul Quliyev: "Qarşıdakı 6 ayda Azərbaycanda vəziyyətin hansı yöndə dəyişməsi neftdən aslılıdır. Çünki bu 6 ay ərzində nefti əvəzləyəcək iqtisadi sektor yaradıb inkişaf etdirmək mümkün deyil".

General Yasar Aydəmirov: “Ölkəni hamı qorumalıdır: həm varlılar, həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla qanımıza qədər qorumaq hər birimizin borcudur”.

İlahiyyatçı Elşad Miri: "Vasim Məmmədəliyevin “Qurani-Kərim”i adamları ateist edir".

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov: "Dostumuz Elşad Miri indi də dirənib ki, "İslamda Merac yoxdur". Onda yəqin bu ayə "İsra" surəsindən yox, "Dekameron"dan götürülüb...".

İqtisadi ekspert Vüqar Bayramov: "Üzən məzənnə rejiminə real keçid və real olaraq, banklara sərbəst məzənnə rejiminə keçirilməsi manatın dəyərinin aşağı düşməsinə səbəb olacaq".

Azərbaycan prezidentinin siyasi məsələlər üzrə sabiq köməkçisi Eldar Namazov: “Mən heç kimlə danışıq aparmamışam, vasitəçi olmamışam. 1999-cu ildə istefa vermişəm, Fazil Mustafa isə 2000-ci ildən danışır. Fazil Mustafanın özü qoy desin ki, 3-cü dəfədir parlamentdə necə təmsil olunub, kimlə danışıqlara gedərək mandata yiyələnib?”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev: "Məmurların xaricdə və daxildə qanunsuz yolla əldə etdiyi mülklərin bir hissəsini satsaydılar, millətin borcunu da ləğv etmək olardı. Millət də öz prezidenti ilə həmişə fəxr edib, bu gün də fəxr edərdi. Amma məmurlar milləti ümidsizlik bataqlığına yuvarlayıb"

"Yenicag.az" saytının baş redaktoru Aqil Ələsgər: "İndi deyəcəyik o Valentin sağlam toxum olmayıb, üstümüzə Kalaşnikov kimi açılacaqsınız. Yaxşı, tutalım Valentin mömün bəndə olub. Siz bilirsinizmi ki, imperator bu növcavanı, qaməti ilə düşən gözü çıxaran bu igidi 14 fevralda edam etdirib. Sizin necə ürəyiniz gəlir ki, belə bir igidin müsibətə ağlamaq, yas tutmaq yerinə hədiyyə istəyirsiniz? Heç insafınız yoxdurmu? Adam Valentinin yaşadığı o zülmü fikirləşdikcə, yaşamaq belə istəmir, həyatdan küsür... Bir az acılara sayğınız olsun"

"Əbu Bəkr" məscidinin imamı, Azərbaycan sələfilərinin lideri Qamət Süleymanov: "Mən həmişə deyirəm ki, damaya üstünlük verin. Domino da olar. Amma nərdin haram olduğuna açıq-aydın dəlil gəlib"

Gənclər və İdman naziri Azad Rəhimov: "Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür. Burda ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".

Azəbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: "Əgər biz istəyiriksə ki, bu sanksiyalar qəbul olunmasın, bu sanksiyaları gündəmə gətirən səbəblər aradan qaldırılmalıdır".

Yazar Murad Köhnəqala: "Bu gün Azərbaycan insanının nə qədər faciəli durumda olduğunu bilmək üçün təkcə televiziyalara baxmaq kifayətdi. Hər yerdə savadsız Novruzəli yetişdirilir"

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı: "PKK qardaş Türkiyə ilə yanaşı, Azərbaycan üçün də təhlükədir"

Deputat Fəzail İbrahimli: "Molla yas yerindən xüms-zəkat istədiyi kimi, siz də ancaq vergi istəyirsiniz! Niyə konkret fəaliyyət ortaya qoymursunuz? İnciməyin, bədəyiyyələrin, bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınınıb. Bu, az qala sizin alnınıza yazılıb. Bəlkə belə deyil?"

"Əbu Bəkr" məscidinin imamı, Azərbaycan sələfilərinin lideri Qamət Süleymanov: "Ateistləri heyvanlarla müqayisə edərdim. Heyvanların içərisində yaxşıları da var, vəhşiləri də. Heyvan heyvandır. Yaxşılıq o demək deyil ki, o nəsə nicat tapacaq. Yaxşı insan yaxşıdır, amma Allahı inkar etmək düzgün deyil. Yaradanı inkar etmək olmaz".

"Qərb-Şərq" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu: "Axır ki, multikulturalizmin nə olduğunu tapdım: biri sevgililər günü qeyd edir, digəri isə buna görə ona lənət, nifrət yağdırır. Sonra rollar dəyişir -ikinci öz ayinlərini, bayramlarını qeyd edir və bu dəfə də birinci onu söyüş, təhqir atəşinə tutur. Amma əsas odur ki, heç kim ölmədən, öldürülmədən, asılmadan, kəsilmədən rahatca öz kulturalizmini ifadə və nümayiş etdirir".


Xəbəri paylaş

1 0248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___