Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqlarımızı ürək qüsurundan necə qoruyaq?
Tarix: 14-02-2016 | Saat: 13:00
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Uşaqlarımızı ürək qüsurundan necə qoruyaq?
Son dövrlərdə dünyada ürək qüsuru ilə doğulan uşaqların sayı artır ki, bu məsələdə Azərbaycan da istisna deyil.

İnvaziv uşaq kardioloqu Elnur İmanov Trend-ə deyib ki, ümumiyyətlə, dünya statistikasına görə, uşaqların 8/1000-i anadangəlmə ürək qüsuru ilə doğulur.

E.İmanov Azərbaycanda da ürək qüsuru ilə doğulan uşaqların sayında artım olduğunu hesab edir: "Əgər əvvəllər Azərbaycanda yüngül anadangəlmə ürək qüsuru xəstəlikləri qarşıya çıxırdısa, indi təəssüflər olsun ki, daha ağır anadangəlmə ürək qüsuru xəstəliklərinə rast gəlinir".

Uşaq kardioloqunun sözlərinə görə, uşaqların anadangəlmə ürək qüsurlu olmasının 14-ə qədər səbəbi var: “Bunlardan ən əsası qohum evliliyi, genetik faktorlar, erkən evlilik kimi amillərdir. Bu baxımdan, ilk növbədə, qohum evliliyindən uzaq durmaq lazımdır”.

E.İmanov deyib ki, uşaqlarda ürək qüsurunun əmələ gəlməməsi üçün hamiləlik dövründə diqqətli olmaq vacibdir: “Hamiləlik dövründə qadın ağır infeksion xəstəliklər keçirməməlidir və əgər keçiribsə, ciddi müalicə almalıdır. Eyni zamanda qidalanmaya diqqət yetirilməlidir. Hamiləliyin 15-ci həftəsində ana bətnində uşağın ürəyi yoxlanmalı, hansısa qüsur aşkar edilərsə, lazımi müalicə aparılmalıdır. Bunlara əməl olunsa, uşaqlarda ürək qüsurunun yaranmasının qarşısı alınar”.

Həkim qeyd edib ki, ürək qüsuru ilə doğulmayan uşaqlarda isə qazanılmış ürək qüsurunun qarşısını almaq üçün diqqətli olmaq vacibdir: “Birinci növbədə uşaqları infeksion xəstəliklərdən qorumaq lazımdır. Uşaq anadan olandan sonra oval pəncə açıq olur və sonradan bağlanır. Mütləq şəkildə oval pəncənin qapanıb-qapanmaması yoxlanmalıdır. Əgər qapanmayıbsa, müalicə aparılmalıdır, çünki bu, sonradan daha ciddi problemlərə yol aça bilər”.Lent.az


Xəbəri paylaş

5858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___