Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Keçmiş müstəntiq yenidən prokurorluğa çağırıldı
Tarix: 13-02-2016 | Saat: 21:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Keçmiş müstəntiq yenidən prokurorluğa çağırıldı

Rüşvət almaqda təqsirləndirilərək barəsində ev dustaqlığı tədbiri seçilən Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb

Xəbəraz.az bildirir ki, bu barədə Trend-ə R.Səfərov özü məlumat verib.

Sabiq müstəntiq bildirib ki, bu gün istintaq hərəkətləri ilə bağlı yenidən dindirilib. Prokurorluqdan ona bildiriblər ki, istintaqın gedişi ilə bağlı o, daha bir neçə dəfə idarəyə çağırıla bilər.

Xatırladaq ki, dünən də adıçəkilən quruma çağırılan R.Səfərovdan istintaq hərəkətləri ilə bağlı açıqlama verməmək haqqında iltizam alınıb.

Qeyd edək ki, Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanmışdı.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə isə onun barəsində həbs qəti imkan tədbiri seçilsə də, sonradan qərar ev dustaqlığı ilə əvəzlənib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

pia.az


Xəbəri paylaş

5548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___