Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-Qazax yolunda ağır qəza: Ölənlər sayı üçə çatdı - YENİLƏNİB + FOTO
Tarix: 13-02-2016 | Saat: 20:14
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakı-Qazax yolunda ağır qəza: Ölənlər sayı üçə çatdı - YENİLƏNİB + FOTO
Faktla bağlı araşdırma aparılır.

Qazax rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı üçə çatıb.

Xəbəraz.az Report-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomagistral yolunda baş verən qəzada xəsarət alan 34 yaşlı Niyaməddin Vəliyev vəfat edib.

Qeyd edək ki, Bakı-Qazax avtomagistral yolunun 479-cu km-də avtomobil qəzası olub. Sürətlə idarə olunan avtomobilin səkiyə çırpılması zamanı, sürücü 35 yaşlı Qazax rayon sakini Elfaq Bəyimov və sərnişin 25 yaşlı Şirxan Əhmədov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 22 yaşlı Sənan Abbaszadə, 21 yaşlı Vidadi Məmmədov, həmçinin bu gün vəfat edən 34 yaşlı Niyaməddin Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

10:44

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

Xəbəraz.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Qazax şosesinin 479-cu km-də yol nəqliyyat qəzası barədə məlumat daxil olub.

Qəza zamanı “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin sahibi E.Bəyimov, sərnişin Ş.Əhmədovun meyitini və müxtəlif bədən xəsarətləri alan digər sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___