Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nə edərlərsə etsinlər namazları qəbul olmayan 3 insan tipi
Tarix: 13-02-2016 | Saat: 11:59
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər

Nə edərlərsə etsinlər namazları qəbul olmayan 3 insan tipi

ÜÇ ADAMIN NAMAZI QƏBUL DEYİL!
Xəbəraz.az bildirir ki, qəlb və bədənin birlikdə namazda olması halında o namaz qılan müsəlmana fayda verir. Əks halda namazdakı vəziyyətlərinə görə məcazi təsnif bu üç adamın namazlarının məqbul olmayacağı İslam alimləri tərəfindən ifadə edilib. Budur o üç sinif insan:
1. Ovçu: Burada ovçudan məqsəd, gözləriylə namaz əsnasında ətrafı müşahidə edən və digər üzvləriylə başqa işlərdə, əməl-i Kesir olan adam.
2. Hambal: Hambaldan məqsəd, darlandığı halda dəstəmaz təzələmədən namaz qılan adam.
3. Tacir: tacirdən məqsəd, namaz əsnasında zehin və ürəyini dünya ticarətindən çəkməyən adamdır.
Bu insanlar "qadağan savar" cinsindən namaz qılmış olarlar ki, bu hal, Allah qatında əsla məqbul deyil. Çünki bədənin və əzalarının da namaza hazır və daxil olması, namazın şərtlərindəndir.
Necə ki Allah Rəsulu -səllallahu əleyhi və səlləm-in, namaz qılan bir şəxsin əlləri saqqalını qarışdırdığını görüncə: "- Əgər bunun ürəyində huşu olsaydı, bədəninin hər üzvündə sükunət olardı." (Tirmizi) buyurması, qəlb ilə bədənin namazdakı müştərəkliyinin zərurətini ifadə edir.
Bu hədisi-şəriflər də bu həqiqətə mənbədir: "Sizdən biri namaza qalxanda bütün bədəni hərəkətsiz qalsın! Yəhudilər kimi yellənib durmasın. Çünki bədənin namazda hərəkətsiz dayanması, namazın tamam olmasından bir parçadır. "(Tirmizi)
"Namazda yeddi şey şeytandandır (yəni şeytanın sevdiyi xüsuslardandır): Burun qanaması, yuxulamaq, vəsvəsə, əsnəmək, qaşınma, sağa-sola baxmaq və hər hansı bir şey ilə oynamaq ..." (Tirmizi) Uca Allah (c.c.): "Ey Rəbbim! Məni gərəyi üzrə (ixlas və huşu ilə) namaza davam edənlərdən et! Zürriyətimdən də belə insanlar yarat! Ey Rəbbimiz! Duamı qəbul et!


Xəbəri paylaş

1 0588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___