Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Böyük oyun"unda kim sevinəcək?
Tarix: 13-02-2016 | Saat: 10:51
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

"Böyük oyun"unda kim sevinəcək?
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Xəbəraz.az apasport.az-a istinadən bildirir ki, turun qarşılaşmaları 3 gün ərzində baş tutacaq.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq ki, matçların hər ikisi paytaxtda oynanılacaq.

Əvvəlcə AZAL-la "İnter" paytaxt derbisində münasibətlərini aydınlaşdıracaqlar. Ötən tur "Qəbələ"yə məğlub olaraq 5-ci pilləyə qədər geriləyən "bankirlər" səfər qarşılaşmasında 3 xal qazanaraq, vəziyyəti düzəltmək istəyir. "Bankirlər" kimi "təyyarəçilər" də ötən oyunu məğlub tərk edərək 4 oyunluq seriyasını itirmişdi. Tərlan Əhmədovun yetirmələri Avrokuboklar uğrunda mübarizədən qopmaq istəmirlərsə, öz meydanlarında mütləq qalib gəlməlidilər.

Günün mərkəzi qarşılaşması isə 8-ci km qəsəbə stadionunda olacaq. Əvvəlki prinsipiallıqdan əsər-əlamət qalmasa da, istənilən halda "Böyük oyun"a olan maraq tam olaraq ölməyib. Bir neçə il öncəyə kimi hədəf olaraq yalnız yüksək yerlər uğrunda savaşan rəqiblərin budəfəki mövqeləri də fərqlidir.

Ortabablar sırasında olan "Neftçi" autsayder "Xəzər Lənkəran"ı paytaxtdan əliboş yola salmaq niyyətindədir. Cari mövsüm böyük iddiaları olmayan sonuncular isə mükafat arzusunda olan "ağ-qaralar"a növbəti zərbəni vurmağa çalışacaqlar. 9 turdur, qol vura bilməyib, qələbə qazanmayan "Xəzər Lənkəran" I dövrədə xal qazandığı məkanda uğursuz seriyaları dayandırmaq əzmindədir.

Azərbaycan Premyer Liqası
XXI tur
13 fevral (şənbə)

14:30. AZAL - "İnter"
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov
Mövsümün ilk yarısındakı oyunlar: 0:1, 0:2
AZAL Arena

17:00. "Neftçi" - "Xəzər Lənkəran"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev
Mövsümün ilk yarısındakı oyunlar: 1:1, 2:0
8-ci km qəsəbə stadionu


Turnir cədvəli


Topaz Premyer Liqası



N Klublar O Q H M T-F X
1 Qarabağ 20 12 5 3 31-13 41
2 Zirə 20 9 8 3 20-14 35
3 Kəpəz 20 8 8 4 24-17 32
4 Qəbələ 20 8 7 5 25-16 31
5 İnter 20 8 6 6 19-18 30
6 Neftçi 20 7 7 6 21-19 28
7 AZAL 20 7 4 9 12-19 25
8 Sumqayıt 20 3 9 8 23-31 18
9 Xəzər Lənkəran 20 3 4 12 10-27 13
10 Rəvan 20 2 8 10 13-27 8


Bombardir: Riçard Almeyda ("Qarabağ") - 8.


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___