Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtobus sürücülərinə - qadağa qoyuldu
Tarix: 12-02-2016 | Saat: 16:24
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Avtobus sürücülərinə - qadağa qoyuldu


Azərbaycanda sərnişin daşıyan avtobus sürücüləri üçün qoyulan tələblər dəyişdirilir, bu fəaliyyətlə məşğul olmaq üçün maksimum yaş məhdudiyyəti tətbiq ediləcək.

Xəbəraz.az xəbər verir ki, bu "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Hazırda avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən , "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır.

Qanun layihəsinə edilən yeni dəyişikliklərə görə isə avtobuslarla sərnişin daşımaları ilə "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər buraxılır.

"DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır.

Yeni dəyişikliklərdə məqsəd avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədi ilə hazırlanıb.

Layihə Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul olunub.


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___