Pensiyaçılara şad xəbər
Tarix: 11-02-2016 | Saat: 10:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda sosial müavinət almaq hüququ olan əlillərə əlillik dərəcəsi almaq üçün vaxtından əvvəl müayinədən keçmək hüququ verilib.
Xəbəraz.az xəbər verir ki, ölkədə əlillik müddətinin müəyyən edilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni təsdiqlənən “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə əsasən, əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.
Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 il müəyyənləşdirilir.
Əlilliyi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi halları da müəyyənləşdirilib. Həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə, əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda təkrar müayinə aparıla bilər.
Xəbəri paylaş
1 0178 dəfə oxunub.
Digər xəbərlər

20-05-2015, 15:12
Həlak olanların dəfn yeri və vaxtı – CƏDVƏL
1-04-2021, 10:55
“Şərurlu İsfəndiyar”In Oğlunun Bahalı Həyatı – Fotolar
8-05-2016, 15:53
Hitleri kim öldürüb: ABŞ, yoxsa SSRİ?
20-09-2021, 12:25
Oğuzda DÖVLƏT MALI BELƏ QARƏT OLUNUR... - İLGİNC FAKTLAR
15-04-2017, 11:15
Bakı-Qazax yolunda 30 km-ə 10 radar - VİDEO
3-09-2017, 16:39
Bütün subaylara pis xəbər - DİQQƏT
18-08-2017, 10:55
İspaniyada daha bir terror aktı
24-04-2016, 12:32
Almaniyada Ərdoğanı təhqir edən siyasətçi saxlanıldı