Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağdamda zarafatcıl oğru yaxalanıb - Video
Tarix: 10-02-2016 | Saat: 18:21
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ağdamda zarafatcıl oğru yaxalanıb - Video


Ağdam rayonunun Mirəşelli kənd sakini Razi Aqil oğlu Məmmədov Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Xəbəraz.az -ın “Region TV”-yə istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini Vüsalə Baris qızı Babayeva tanımadığı şəxs tərəfindən soyğunçuluğa məruz qalması barədə Binəqədi rayon Polis Şöbəsinə məlumat verib.
Ərizədə bildirilib ki, tanımadığı şəxs ona zəng edərək uduşlu oyunda hədiyyə qazandığını deyib. Vüsalə Babayevaya uduş zamanı “qazanılan hədiyyə”nin alınması üçün yer təyin edilib.
Vüsalə Babayeva görüşün təyin edildiyi yerə gələrkən həmin tanımadığı şəxs onun mobil telefonunu əlindən alaraq qaçıb.
Ərizə əsasında aparılan araşdırmalar zamanı soyğunçuluğu törədən şəxsin Ağdam rayonunun Mirəşelli kənd sakini Razi Məmmədov olduğu müəyyənləşib. Razi Məmmədov saxlanılaraq cinayət məsulliyyətinə cəlb olunub.
Saxlanılan şəxs polislə zarafatlaşmağından da qalmayıb: “Kamera çəkir, bəlkə nəsə danışıb eləyək. Danışın”.
Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.


Xəbəri paylaş

6878 dəfə oxunub.

Digər xəbərlər
23-02-2016, 14:34 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___