Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əlillik yeni qaydalarla təyin EDİLƏCƏK
Tarix: 10-02-2016 | Saat: 11:10
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər

Əlillik yeni qaydalarla təyin EDİLƏCƏK

Şəxslərin TSEK-də müayinəsi dövlət səhiyyə müəssisələrinin 1 ay qüvvədə olan göndərişləri əsasında aparılacaq, 1 gün ərzində qərar veriləcək
Azərbaycanda tibbi-sosial ekspert komissiyaları yeni qaydada təşkil ediləcək.

Xəbəraz.az APA-ya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"də əksini tapıb.

Bununla əlaqədar Nazirlər Kabineti 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilən "Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnaməni ləğv edib. Əsasnaməyə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. TSEK Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. TSEK-in nəqliyyat vasitəsi olmadığı hallarda, səyyar müayinələrin aparılması üçün TSEK rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən nəqliyyat vasitəsilə təmin edilir. TSEK üç həkimdən - ekspert-terapevt, ekspert-nevropatoloq və ekspert-cərrahdan ibarət olur. Ekspert həkimlərdən biri TSEK-in sədri təyin olunur. TSEK-də bir ştat vahidi tibb bacısı və bir ştat vahidi qeydiyyatçı nəzərdə tutulur. TSEK-in sədrini, üzvlərini və digər işçilərini (Naxçıvan Muxtar Respublikası üzrə TSEK istisna olmaqla) Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir. Naxçıvan Muxtar Respublikası TSEK-i Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfin-dən təşkil edilir və fəaliyyəti tənzimlənir. TSEK-in sədri, üzvləri və digər işçiləri Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

TSEK-in vəzifələri sırasına tibbi-sosial ekspertiza haqqında qanunvericiliyin təkmilləşdirilməsinə zəmin yaratmaq məqsədi ilə əlilliyi olan şəxslər, əlilliyin vəziyyəti və dinamikası, əlilliyi olan şəxslərin sosial müdafiəyə, o cümlədən reabilitasiya tədbirlərinə olan ehtiyacı, görülən tədbirlərin nəticəsi və səmərəliliyi barədə sistemləşdirilmiş məlumat bankı yaratmaq, əlilliyi olan şəxslərin təkrar müayinəsi sənədlərlə təsdiq edilən üzrlü səbəbdən ötürüldükdə (stasionar müalicə, ezamiyyə, hərbi əməliyyatlar gedən bölgələrdə vəziyyətlə bağlı və s.), bir aydan çox olmayan ötmüş müddət nəzərə alınmaqla, ekspertiza aparıb şəxsin əlilliyi barədə qərar qəbul etmək, sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə ehtiyacını müəyyənləşdirmək və onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məlumatlar vermək və əlilliyi olan şəxsləri müayinə və müalicə məqsədləri ilə fərdi reabilitasiya proqramına uyğun olaraq, səhiyyə və ya reabilitasiya müəssisələrinə göndərmək daxildir. Şəxslərin TSEK-də müayinəsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Səhiyyə Nazirliyi tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə və "Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi"nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. Hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir. Göndərişlər rəsmiləşdirildiyi tarixdən1 ay müddətində qüvvədə olur. Göndərişin rəsmiləşdirilməsi barədə məlumatı almış şəxs əlilliyin müəyyən edilməsi üçün mümkün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) istifadə edərək, "Əlillik dərəcəsinin və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün müraciətin qeydiyyatı" elektron xidmətini seçir, göndərişin və şəxsiyyət vəsiqəsinin (yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnamənin) nömrəsini tələb olunan sahəyə daxil edir. Daxil edilmiş məlumatların düzgünlüyü sistem tərəfindən təsdiqləndikdən sonra müraciət edən şəxs elektron ərizə formasını doldurur. Şəxsin TSEK-ə gəlmək imkanının olmaması (şəxsin hərəkət imkanının məhdud olması və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə alan yataq xəstəsi olduqda) statusu yalnız göndərişdə əks edilən həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən "Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi" (TSERAS) tərəfindən müəyyənləşdirilir. Şəxsin müraciəti TSERAS tərəfindən emal edilməklə, onun ərizədə qeyd etdiyi əks əlaqə vasitələrinin birinə müayinənin vaxtı və yeri barədə məlumat göndərilir və ya bildirilir. Şəxs TSEK tərəfindən 1 ( bir) iş günü müddətində müayinə olunur. TSEK müayinənin nəticələrini kollegial müzakirə etdikdən sonra həmin gün qərar qəbul edir. Qəbul edilmiş qərar və müayinəyə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Məlumatlar TSERAS-a daxil edildikdən və təsdiqləndikdən dərhal sonra TSEK-in qərarı müayinə olunan şəxsə (yaxud, onun qanuni nümayəndəsinə) sədr tərəfindən elan edilir və bildiriş təqdim edilir . Günün sonunda TSERAS-da gün ərzində keçirilmiş bütün müayinə hallarını özündə əks etdirən protokol forması hazırlanaraq, hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

Mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, şəxsin müayinəsi zamanı göndərişdə göstərilən məlumatlar əsasında onun obyektiv vəziyyətinin tam qiymətləndirilməsi mümkün olmadıqda keçirilmiş müayinənin nəticələri barədə məlumatlar, ərizəçinin əks əlaqə vasitələri, eləcə də Xidmət tərəfindən təkrar müayinənin keçirilməsini zəruri edən səbəblər qeyd olunmaqla, TSERAS-a daxil etdikdən sonra TSEK müraciətin Xidmətə göndərilməsini təmin edir. Araşdırma şəxsin iştirakı ilə təkrar müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSEK-dən müraciət daxil olduğu gün müayinə vaxtını və yerini göstərməklə şəxsə onun ərizədə qeyd etdiyi əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə təkrar müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal şəxsə bildirilərək TSERAS-a daxiledilir. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Təhsil Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəxsin işlədiyi müəssisə, idarə və təşkilatın, səhiyyə müəssisəsinin sorğusu əsasında məlumatların onlara elektron formada ötürülməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada təmin edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.

Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 il müəyyənləşdirilir. Əlilliyi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir:
- həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə;
- vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə;
- Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda.
TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların təkrar müayinəsi Xidmət tərəfindən aparılır.


Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___