“Ded Xasan”ın qətli üzrə əsas şübhəli olan Ülfat Tağıyev (Rüfət Gəncinski)
Tarix: 10-04-2015 | Saat: 14:14
Bölmə:Karusel / Hadisə / M2 / Fotogalereya | çapa göndər
Kriminal dünyada məşhur qanuni oğru “Ded Xasan”ın qətli üzrə əsas şübhəli olan Ülfat Tağıyev (Rüfət Gəncinski) digər cinayət üçün cəzasını ciddi rejimli koloniyada çəkməklə 8 il azadlıqdan məhrum edildi.
Xeberaz.az xəbər verir ki, o hələ istintaq təcridxanasında qalmalı olacaq. Belə ki, kriminal avtoritetin qətli üzrə istintaq davam edir. Tağıyev, Aslan Usoyanın (“Ded Xasan”) qətlinə görə cinayət yerindən getmək üçün plan hazırladığını özü etiraf edib.
2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları onu Moskvada saxlayıblar. O, paytaxta Türkiyə vətəndaşının pasportu ilə, saxta sənədlərlə gəlib. Əməliyyatçıların məlumatına əsasən o, nüfuzlu qanuni oğru Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxın əhatəsinə daxil idi və o, eləcə də digər qanuni oğrular tərəfindən 2012-ci ildə Dubayda qanuni oğru adı almışdı. Onların hamısı “Ded Xasan”ın başçılıq etdiyi qanuni oğrular qruplaşmasına qarşı olan mafiya klanının üzvləri idilər. Ded Xasanın qatili olmasına dair əsas versiyanın da səbəbi məhz budur.
“Tağıyev uzun müddət “Ded Xasan”ın əsas düşməni olan Rövşən Lənkəranskinin bandasının “ştatda olan” killeridir ”, - nəşrə hüquq-mühafizə orqanlarından olan mənbə bildirib. Qeyd edilir ki, Rüfət Gəncinski “Ded Xasan”ın qətlinin sifarişçilərinin adını deməkdən imtina edib.
Bu ərəfədə Lyublinsk rayon məhkəməsi Rüfət Gəncinskini Cinayət Məcəlləsinin m.105 (“Qətl”) və m.222 (“Qanunsuz silah dövriyyəsi”) üzrə ittiham edib. 2013-cü ildə o, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib.
Xatırladaq ki, “Ded Xasan” 2013-cü ilin yanvar ayının 16-da Moskvada Bolşoy Nikitinski 55-də yerləşən “Starıy Faeton” restoranının yanında qətlə yetirilib. Cinayətkar, məşhur qanqster üçün ölümcül olan yalnız bir atəş açıb.
Xəbəri paylaş
3 8708 dəfə oxunub.
Digər xəbərlər

13-04-2018, 11:33
"Övladımın anasıdır,yazılara diqqət edin"-Azər
24-04-2016, 13:30
Vaşinqton metrosunda partlayış
10-08-2017, 11:35
"Qarabağ"dan "Palermo"nun futbolçusuna təklif - iddia
24-02-2017, 10:30
İlham Əliyev Cibutinin XİN rəhbəri ilə görüşdü
12-06-2015, 15:07
İnsanlar tərk etdi, təbiət sahib çıxdı (FOTO)
11-04-2017, 22:21
Kür çayı 33 il sonra Xəzərə çatmaya bilər
14-11-2015, 12:17
Həyatınızı bu lazımsız cəhətlərdən azad edin!
20-10-2017, 17:15
İslamda kişilik varsa..." - Oksana
14-03-2015, 12:20
Pakistan prezidenti Xalça Muzeyində - FOTOLAR
15-12-2018, 10:16
Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü