“Rusiyada “Qarabağ” konfetləri istehsal olunur - Foto
Tarix: 04-02-2016 | Saat: 22:45
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt / Araşdırma | çapa göndər
Rusiyanın Sibir regionundakı “Sladunitsa” şirniyyat şirkəti “Qarabağ” adı daşıyan konfetlər istehsal edir.
Xəbəraz.az modern.az-a istinadən xəbər verir ki, şirkət Rusiyanın Omsk şəhərində qeydiyyatdan keçib.
“Sladunitsa” ASC-nin baş direktoru Yuliya Şestakova, marketinq xidmətinin rəhbəri isə Anastasiya Perminovadır.
Anastasiya Perminova şirkətin “Qarabağ” adı altında konfet istehsal etməsinin səbəblərini belə izah edib:
“Konfetlərin “Qarabağ” adı ilə istehsalı marketinq şöbəsinin ekspertləri tərəfindən irəli sürülüb. Vurğulamaq istəyirəm ki, məmulatın belə adlandırılması siyasi səbəblərlə bağlı deyil. Şirkətimiz beynəlxalq siyasətdən tamamilə uzaqdır”.
A. Perminova şirkətin sahiblərinin Qazaxıstan vətəndaşı olan etnik ruslardan ibarət olduğunu və “Sladunitsa” şirkətinin rəhbərliyində erməni, yaxud azərbaycanlı şəxslərin çalışmadığını deyib.
Şirkət Rusiyanın 65 subyektində marmelad, şəkərli peçenye, şərq şirniyyatları və konfetlər istehsal edir.
“Qarabağ” konfetlərinə gəlincə, 1 kiloqramı 430 rubla (8 manat 70 qəpik) satılan konfetlər şokolad və kakao tərkiblidir.
Xəbəri paylaş
6888 dəfə oxunub.
Digər xəbərlər

14-06-2018, 10:23
Əhali daha çox nəyə pul xərcləyir?
15-09-2016, 10:50
Azərbaycanda şəhid ailələrinə yeni güzəştlər təklif edilir
8-02-2022, 11:54
Məktəblər bağlanacaq? - Rəsmi cavab
16-08-2015, 19:31
Fransız pilotlar 26 çemodan narkotiklə yaxalandılar
15-02-2019, 11:04
Ali məktəblərdə "pulsuz" yerlərin sayı artırılacaq
28-10-2016, 18:15
Topazda pul udanlar vergi ödəməyəcək
18-11-2015, 13:30
Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən maddi zərərin məbləği məlum oldu
1-05-2016, 11:04
Türkiyədə 2035-ə qədər baş verəcək hadisələr - Video
13-06-2016, 12:32
Polis Bakı məktəblərini nəzarətə götürür