“Xırdalan qəbiristanlığı palçıq vulkanının üzərində yerləşir
Tarix: 03-02-2016 | Saat: 22:58
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Bakı-Sumqayıt magistral yolunun sol tərəfindəki Xırdalan qəbiristanlığı "Zigilpiri" palçıq vulkanının üzərində yerləşir.
Xəbəraz.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, həmin vulkan nisbətən sönüb, aktiv deyil.
A.Əliyev qeyd edib ki, qəbiristanlıqda qəbirlərin sementlənməsi ərazidə vulkan püskürməsinin də qarşısını alır: “Həmin vulkanın püskürəcəyini güman etmirəm. Digər tərəfdən, bu vulkan püskürə bilməz, çünki orada xeyli sayda qəbir var. Onlar sementlənib, ona görə də orada püskürmə baş verə bilməz”.
A.Əliyev bildirib ki, istənilən vulkanın yaxınlığında ev və digər tikililər olmamalıdır.
Onun sözlərinə görə, vulkan püskürdükdə xəsarət faktının olmamasından ötrü tikililər ondan ən azı 1-1,5 km aralı olmalıdır: “Binəqədi rayonundakı “Keyrəki” vulkanının yanında böyük yaşayış massivi yaradılıb. Qobuda “Bozdağ” vulkanı yaxınlığında da 2-3 yaşayış binası tikilib. Ancaq indi bu məsələyə ciddi fikir verilir, tikinti işlərinin aparılmasına icazə verilmir”.
Xəbəri paylaş
6398 dəfə oxunub.
Digər xəbərlər

3-08-2015, 10:52
Smartfon işlədən hər beş nəfərdən biri telefonunda porno izləyir
16-12-2016, 03:04
Tramp Silvester Stalloneyə vəzifə vermək niyyətindədir
17-02-2017, 00:14
Münhendə Məmmədyarov-Nalbəndyan görüşü olub
15-02-2018, 12:33
Abituriyentlərin NƏZƏRİNƏ:Ali məktəblərə qəbul qaydaları dəyişdi
7-05-2021, 22:30
SON DƏQİQƏ: FƏRHAD ƏHMƏDOVDAN UTANC VERİCİ ADDIM: 4 aydır işçilərin maaşların vermir
25-11-2017, 10:42
Kəlbəcər girovu ailəsinə məktub göndərib
15-04-2015, 21:00
Azərbaycanda 13 kəndin adı dəyişdirildi
23-12-2022, 12:00
Küçədə tapılan üç aylıq körpənin anası: “14 yaşım olanda 22 yaşlı oğlanla görüşmüşəm”
22-02-2016, 19:34
Sürücülərə MMX ilə bağlı bəd xəbər: Bunu mütləq edin!
27-02-2019, 09:42
Qısqanc kişi keçmiş həyat yoldaşını BIÇAQLADI