Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Anjey Kaspşik Qarabağda
Tarix: 03-02-2016 | Saat: 19:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Anjey Kaspşik Qarabağda
Səfərin məqsədi monitorinqdə iştirak etməkdir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

Xəbəraz.az-ın erməni KİV-ə istinadən verdiyi məlumata görə, o, qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüb.

Görüş zamanı təmas xəttindəki vəziyyət və Anjey Kaspşikin ofisinin gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

Səfərin məqsədi sabah Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçiriləcək monitorinqdə iştirak etməkdir. Azərbaycan tərəfdən monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Peter Svedberq, Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi Anjey Kaspşiklə yanaşı onun səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx izləyəcəklər.


Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
24-07-2015, 12:08 DSMF: 23 faiz azalma var

bütün xəbərlər
____ Instagram ___