Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səudiyyə Ərəbistan,Yəmən Müdafiə Nazirliyinin binasına hava zərbəsi endirib.
Tarix: 10-04-2015 | Saat: 02:03
Bölmə:Karusel / Hadisə / Dünya / M2 | çapa göndər

Səudiyyə Ərəbistan,Yəmən Müdafiə Nazirliyinin binasına hava zərbəsi endirib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Sana şəhərində Yəmən Müdafiə Nazirliyinin binasına hava zərbəsi endirib.

Xeberaz.az “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə insidentin şahidləri məlumat verib.

Məlumata görə, üç partlayış baş verib, binanın üzərindən qara tüstünün qalxdığı bildirilir.

Əl Cəzirə telekanalının məlumatına görə, zərbələr həmçinin Əl Cündə şəhərindəki ordu kazarmalarına və Səmaa şəhərindəki havadan müdafiə qüvvələrinin bazasına da endirilib.

Hücum zamanı güclü partlayışların baş verdiyi qeyd olunur. Məlumata görə, hava hücumu zamanı bir neçə silah-sursat anbarı məhv edilib.

Sutka ərzində, ümumilikdə, Yəmən 40 hava hücumuna məruz qalıb.

Əl Mayəddin telekanalının məlumatına görə, dinc sakinlər arasında ölən və yaralananlar var. Belə ki, Əmran şəhərində yerləşən sement zavoduna endirilən zərbə nəticəsində 10 dinc sakin ölüb, 15 nəfər yaralanıb.


Xəbəri paylaş

6578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___