Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik: Azərbaycanda gənclər arasında işsizlik ən aşağı səviyyədədir
Tarix: 02-02-2016 | Saat: 12:10
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Nazirlik: Azərbaycanda gənclər arasında işsizlik ən aşağı səviyyədədir
On lider ölkədən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy itərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti də məhz gəncləri əhatə edir. Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biridir.

Həmçinin son illərdə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib.

“Bu istiqamətdə aparılan işlərin davamı olaraq, ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi 29 min nəfər işsiz və işaxtaran şəxsin 40%-ni (11 604 nəfər) gənclər təşkil edib.

Həmin dövrdə ödənişli ictimai işlərə cəlb olunan 1 626 nəfərin 29%-i (471 nəfər), xidmətin əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən 4117 nəfərin 42,2%-i (1 738 nəfər) gənclərdən ibarət olub.

Gənc işçi qüvvəsinin əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri üçün görülən işlər də uğurla davam etdirilir. Keçən il Dövlət Məşğulluq Xidmətinin xətti ilə müxtəlif peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 4 147 nəfər vətəndaşın 71,5%-i (2 964 nəfər) məhz gənclərdir”, - deyə ƏƏSMN –dan qeyd edilib.

Nazirlikdən həmçinin bildirilib ki, hazırda ölkədə “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri aparılır və yeni layihədə də gənclərin məşğulluğunun təminatının prioritet istiqamətlərdən biri kimi müəyyən olunacağı nəzərdə tutulur.


Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___