Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda kütləvi dava: Polislər yaralandı
Tarix: 02-02-2016 | Saat: 12:02
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda kütləvi dava: Polislər yaralandı
Araşdırma aparılır.

Fevralın 1-dən 2-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən “Emin” kafesində qanlı dava olub.

Xəbəraz.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, gecə saat 00.59-da 102 xidmətinə İlham Bəykişi oğlu Məmmədov soyadlı bir nəfər zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.

Sabunçu RPİ-nin 5 nəfər əməkdaşı dərhal hadisə yerinə yollanıb. Amma kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb. Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Buna baxmayaraq, polisə hücum edənləri yaxalamaq mümkün olub. Onlar Beyləqan sakinləri - əvvəllər məhkum olunmuş və polisə zəng etmiş, 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikovdur.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

9118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___