Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağcabədidə müəllimi qaçırtdılar
Tarix: 01-02-2016 | Saat: 18:59
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ağcabədidə müəllimi qaçırtdılar
Cinayət işi başlanılıb.

Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb.

Xəbəraz.az "Report"-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunda baş verib.

Rayon sakini 22 yaşlı Ağayeva Fəridə Əsgər qızı işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb.

Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Ağayevlər ailəsi dərhal Daxili İşlər Nazirliyinin "102-Qaynar xəttinə" və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat veriblər.

Hazırda rayon Polis Şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___