Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Meyiti tapılan neftçi Qarabağ döyüşçüsü imiş... — FOTOLAR
Tarix: 30-01-2016 | Saat: 21:52
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Meyiti tapılan neftçi Qarabağ döyüşçüsü imiş... — FOTOLAR


Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.

Xəbəraz.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Neftçinin nəşi yaxın saatlarda vətənə gətiriləcəkdir.

Daha öncə, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşmüşdü.
Meyiti tapılan neftçi Qarabağ döyüşçüsü imiş... — FOTOLAR

Xatırladır ki, 43 yaşlı Sahib Şahmarov Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb; ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb. Buna bamayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. "Döyüşdə göstərdiyi şücaətə görə" müxtəlif mükafatlara layiq görülüb.

Onun 11 yaşlı Məhəmməd adlı oğlu və 10 yaşlı Məsumə adlı qızı var.
Meyiti tapılan neftçi Qarabağ döyüşçüsü imiş... — FOTOLAR


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
16-12-2018, 20:44 Sabah hava necə olacaq?
21-04-2016, 12:36 Lavrov Ermənistana gedir

bütün xəbərlər
____ Instagram ___