Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacıqbulda İsmayıllı sakininin başından balta ilə vurdular
Tarix: 30-01-2016 | Saat: 15:31
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Hacıqbulda İsmayıllı sakininin başından balta ilə vurdular
Əsgərovun sərxoş olduğu bildirilir.

Hacıqabul sakini çayxanada İsmayıllı sakininə balta ilə ciddi xəsarət yetirib.

Xəbəraz.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə Hacıqabul rayonunun Nəvahi kəndindəki çayxanada baş verib.

Nəvahi kənd sakini, 1983-cü il təvəllüdlü Əsgərov Şahin Habil oğlu İsmayıllı rayon sakini, 1971-ci il təvəllüdlü Nurməmmədov Rövşən Zeynəddin oğlunun baş nahiyəsindən balta ilə vurub.

Sonuncu kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlib.

Ş. Əsgərov polis tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.

Ş. Əsgərovun hadisəni törədərkən sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

6048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___