Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rus qırıcıları Türkiyə maşınlarını bombaladı
Tarix: 30-01-2016 | Saat: 14:00
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Rus qırıcıları Türkiyə maşınlarını bombaladı
Rusiya təyyarələri Suriyada Türkiyəyə aid TIR-ları bombalayıb.

Xəbəraz.az publika.az-a istinadən bildirir ki, Türkiyədən göndərilən yardımları Hələb vilayətinə aparan Suriya nömrəli türk TIR-ları Azez qəsəbəsi yaxınlığında Rusiya təyyarələri tərəfindən bombalanıb.

Hücum nəticəsində çoxlu sayda TIR yanıb. Yardım aparan nümayəndə heyətinin 12 üzvü yaralanıb. Yaralılardan ikisi həyatını itirib.

Qeyd edək ki, son günlər Türkiyə və Rusiyanın Suriyada müharibəyə başlaya biləcəyi ehtimalları səsləndirilir. Xüsusilə hər iki ölkənin Türkiyə-Suriya sərhədində möhkəmlənməsi, sərhədə yaxın ərazilərə qoşunlar yığması müharibə narahatlığını artırır. Misal üçün, İngiltərənin "Times" qəzeti artıq Rusiya-Türkiyə müharibəsinin yaxın olduğunu yazıb.

Bu gözləntilər fonunda, türk TIR-larının Rusiya qırıcıları tərəfindən vurulması yeni alov üçün qığılcım ola bilər.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___