Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhidimiz torpağa tapşırıldı - FOTO
Tarix: 30-01-2016 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Şəhidimiz torpağa tapşırıldı - FOTO
Dəfn mərasimi Lənkəranda keçirilib.

Ötən gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Nahid Fikrət oğlu Səfərov bu gün dəfn edilib.

Xəbəraz.az-ın APA-ya istinadən məlumatına görə, Tovuz rayonu istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, N. Səfərov 2014-cü ilin oktyabr ayında orduya çağırılıb. Tərxis olunmağına cəmi 2 ay qalmışdı.
ALLAH RƏHMƏT ELƏSİN


Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___