Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “2 fevral Gənclər günü”nə həsr olunmuş Kyokuşinkaykan Karate üzrə rayon birinciliyi keçirilmişdir
Tarix: 29-01-2016 | Saat: 16:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
29 yanvar 2016-cı il tarixdə Ə.İsmayılov adına Mirzalıbəyli kənd tam orta məktəbinin idman zalında Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “2 fevral Gənclər günü”nə həsr olunmuş Kyokuşinkaykan Karate üzrə rayon birinciliyi keçirilmişdir.Keçirilən yarışda 5 çəki dərəcəsində 32 nəfər qələbə uğrunda mübarizə aparmışlar. Yarışı giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək “2 fevral Gənclər günü” münasibətilə gənc idmançıları təbrik etdi və onlara gələcək yarışlarda yeni uğurlar arzuladı.Sonra o, çıxışında gənc nəslin sağlam vətənpərvər ruhda böyüməsinin hər bir ölkə,hər bir dövlət üçün ən başlıca məsələ olduğunu,Gənclər Siyasətinin banisi ulu öndər H.Əliyevin daima bu məsələni öz diqqətində saxladığını və bununla bağlı imzaladığı Fərman və Sərəncamlardan, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən,rayonumuzda 45 minə yaxın gəncin yaşamasından, onlara dövlətin daimi diqqət və qayğısından ,2015-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı. Yarışın baş hakimi,I dan qara kəmər ustası Pərviz Rəsulov birinciliyi açıq elan edərək iştirakçılara uğurlar dilədi. Gənc karateçilər hazırladıqları nümunəvi çıxışlarları təqdim etdilər. Rayon birinciliyi əsasnaməyə uyğun olaraq keçirilmişdir. Qaliblər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
Xəbəri paylaş
1 5258 dəfə oxunub.
Digər xəbərlər

27-09-2016, 10:06
Türkiyə Almaniyaya ikinci notanı göndərdi
30-09-2022, 08:46
Saqqız çəynəmək adamı kökəldir, baş ağrılarına səbəb olur...
7-10-2017, 20:46
Azərbaycan qadınlarının kişilərə yanaşma tərzi - SOSİAL PROBLEM
27-09-2016, 18:58
Roza Zərgərlidən ŞOK: “Çox döyüldüm, işgəncə gördüm, Oğlum cəmi bir neçə saniyə yaşadı” VİDEO
29-06-2015, 20:35
Misirin paytaxtı Qahirədə terror aktı törədilib
18-02-2018, 12:23
İranda təyyarə qəzaya uğrayıb - Göyərtəsində 66 nəfər olub
6-08-2017, 14:42
"Mən idarə olunmuram, idarə edirəm"-FOTO
26-04-2017, 12:29
Xalq artisti səhnədə elə bir şou göstərdi ki... - FOTOLAR