Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda tanınmış kinorejissorun oğlu itkin düşüb - FOTO
Tarix: 28-01-2016 | Saat: 03:49
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycanda tanınmış kinorejissorun oğlu itkin düşüb - FOTO
Onu tapan şəxs mükafatlandırılacaq
Onu tapan şəxs mükafatlandırılacaq
Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev 3 gündür itkin düşüb.
Bu barədə "Report"a rejissorun qızı Səadət Əliyeva məlumat verib.
Onun sözlərinə görə, qardaşı Rəşad Əliyev yanvarın 25-i səhər saat 08.35-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: "Qardaşımın işlədiyi yerdən verilən məlumata görə o, heç işdə də olmayıb. Qardaşımı tapan, yaxud yerini deyən şəxs mükafatlandırılacaq".
Rəşad Əliyev 1973-cü il dekabrın 13-ə anadan olub. Evdən çıxanda əynində qara dəri gödəkçə, başında tünd boz yun kepka, əynində boz boğazlı qalın köynək, tünd göy rəngdə göy cins şalvar, gözündə optik eynək olub. R.Əliyev orta çəkilidir, boyu 175 sm-dir.
R.Əliyevi görənlər, yaxud onun yerini bilən şəxslərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur.
(050) 263-36-22
(077) 540-62-82.


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
22-01-2018, 13:01 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___