Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bankların birləşməsinin faydaları
Tarix: 27-01-2016 | Saat: 19:40
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Bankların birləşməsinin faydaları
İlk növbədə son günlər tez-tez işlədilən "konsolidasiya" sözünə qısa arayış verərək qeyd edim ki, İngilis dilində "consolidation" sözündən götürülüb mənası "birləşmək" deməkdir. Bankların konsolidasiyası deyəndə məhz bankların birləşməsi nəzərdə tutulur.

Bundan əlavə şirkətlərin birləşməsinin digər formaları da var ki, "Merger" adlanır. Konsolidasiyada "alan" və "alınan" şirkətlər yeni ad altında yeni şirkət olaraq fəaliyyətə başladığı halda, şirkətlər "Merger" olaraq birləşirlərsə bu halda bir şirkət digər şirkəti alır və alan şirkətin adı altında öz binsezlərinə davam edirlər. Ancaq idarəetmədə birləşən bütün şirkətlərin səhmdarları iştirak edirlər.

Kiçik arayışdan sonra bankların birləşməsinin faydaların haqqında qısaca:

İlk növbədə bu birləşmə şirkətlərə "sineji dəyəri" verir. Sinerji dəyəri nədir? Birləşməyə səbəb olan ən böyük motivasiyalardən biridir hansı ki, burda əsas konsept ondan ibarətdir ki, iki (praktikada nadir hallarda ikidən çox olub) şirkətin birləşməsinin birlikdə dəyəri həmin şirkətlərin ayrılıqda dəyərinin cəmindən böyükdür.

Yəni,

V(AB) > V(A) + V(B)

V(AB) - A və B şirkətlərinin birləşməsinin dəyəridir.

V(A) - A şirkətinin ayrılıqda dəyəridir.

V(B) - B şirkətinin ayrılıqda dəyəridir.

Sinerji dəyəri = V(AB) - [V(A) + V(B)].

Sual oluna bilər niyə birləşmiş şirkətlərin dəyəri həmin şirkətlərin ayrılıqda dəyərdən çoxdur. Məsələ ondadır ki, şirkətlər birləşəndə ilk növbədə idarəetmə xərcləri kəskin azalır. Bundan əlavə tutaq ki, bank A ölkənin şərq regionunda, bank B isə şimal regionunda böyük bazar payına malikdir. Belə olan halda onların birləşməsi "çarpaz satış" hesabına əlavə gəlir gətirir, yəni bu bankların birləşməsindən yeni ad altında yaranmış yeni bank artıq ölkənin daha geniş ərazisində xidmət göstərir və bu üstünlük əlavə gəlir deməkdir.

Əlavə olaraq qeyd edim ki, coğrafi diversifikasiya hesabına iqtisadi qanunlarda deyilənlərin əksinə olaraq gəlir artır və risk minimumlaşır. Birləşmədən yaranmış yeni bank həm də xidmət göstərdiyi sahələrin xərcinin azalmasına gətirib çıxarır. Yuxarıda qeyd etdiklərimdən əlavə vurğulamaq istərdim ki, indiki halda bankların birləşməsi nəticəsində artan məcmu kapitalın hesabına bu gün ölkəmizdə fəaliyyət göstərən banklarda yaranmış ən böyük problemlərdən biri olan likvidlik probleminin həllinə kömək etmiş olar, kapitalın xərci azalar, gəlir faizi artmış olar.

Birləşmənin faydalarından əlavə qeyd etmək istərdim ki, birləşmiş banklar daha böyük və daha məsuliyyət tələb edir. Belə olan halda idarəetmə heç də əvvəlki kimi asan olmur. İdarəetməni optimallaşdırmaq, riksləri minimumlaşdırmaq üçün banklar birləşəndən sonra ilk növbədə risklərin idarə edilməsi deportamentləri vasitəsilə "antirisk alətləri"ndən istifadə edərək banklar üçün spesifik olan məzənnə riskin mimumumlaşdırmalıdır. "Antirisk alətləri" deyəndə isə derivativlər, "option"lar, "furute"lər kimi qiymətli kağız növləri nəzərdə tutulur. Qeyd etdiyim antirisk alətlərindən istifadə etməklə banklar bu gün ölkəmizdə onlara ciddi təhlükə yaradan dollar-manat "qarşıdurması"ndan indiki kimi böyük deyil cüzi ziyanla qurtula bilərlər.

Müəllif: Anar İbrahimov


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___