Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda daha iki bank bağlandı
Tarix: 27-01-2016 | Saat: 19:31
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycanda daha iki bank bağlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Xəbəraz.az Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən bu banklara müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

SAYI 6-YA ÇATDI

Mərkəzi Bank indiyə kimi, Bank of Azerbaijan, Gəncə Bank, NBC Bank və Yunayted Kredit Bankın lisenziyalarını ləğv etmişdi.


Xəbəri paylaş

5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___