Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dənizdən maraqlı HEYVAN ÇIXDI
Tarix: 08-04-2015 | Saat: 14:17
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV / Fotogalereya | çapa göndər

Dənizdən maraqlı HEYVAN ÇIXDI
Sahildən bir kilometr aralıda elə bir canlı yaxaladı ki, balıqçılıq karyerası ərzində bu cür ov yuxusuna belə girməmişdi. İtaliyanın Culianova şəhərində bir balıqçı öz qəribə şikarı ilə insanları heyrətləndirib. Enriko di Françesko balıq üçün atdığı tordan ceyran çıxarıb.

Dənizə çıxanda Enriko, hər zamankı kimi irili-xırdalı balıq tutub geri dönmək niyyətində idi. Amma baş verən bir olay hadisələrin inkişafını tamamilə dəyişib. Tor atdığı yerdə suyun səthində xortuma bənzər nəsə olduğunu görən balıqçı, toru dartanda gözlərinə inanmayıb. Onun qismətinə bu dəfə balıq yox, ceyran düşmüşdü.

Dənizdən ceyran çıxdığını eşidən italiyalılar bu sevimli heyvana tamaşa etmək üçün sahilə axın ediblər. Bununla belə, ilk dəfə deyil ki, İtaliya sahillərində bu cür qəribə balıq ovu qeydə alınır. İllər öncə, başqa bir balıqçı eyni bölgədə balıq üçün atdığı tilovla qaban yaxalamışdı. İtaliyanın bu bölgəsində qaban çox olduğundan, italiyalılar bu ova bir az olsun haqq qazandırmışdılar. O ki qaldı, dənizdən çıxan ceyrana, əlaqədar qurumlar heyvanı sahildən uzaq ərazidə meşəliyə buraxıb.//atv.az

[media=https://youtu.be/yplTVHUXdXE]


Xəbəri paylaş

9948 dəfə oxunub.

Digər xəbərlər
21-04-2016, 15:21 Bu il meyvə az olacaq

bütün xəbərlər
____ Instagram ___