Mingəçevirdə ev yanıb, bir nəfər ölüb
Tarix: 27-01-2016 | Saat: 13:40
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Mingəçevir şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində şəhərin “Bağlar” yaşayış massivində, Şəfəq küçəsindəki 23 saylı evdə qeydə alınıb. 1952-ci il təvəllüdlü Süleymanov Cəfərqulu Sadiq oğluna məxsus mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyəFövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 80 kvadratmetr olan evin 60 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı Cəfərqulu Süleymanovun oğlu - 1981-ci il təvəllüdlü Süleymanov İqbal Cəfərqulu oğlu yanaraq dünyasını dəyişib. Məlumata görə, 35 yaşlı İqbal Süleymanov epilepsiya xəstəsi olub və hadisə zamanı evdə köməksiz vəziyyətdə qalaraq yanıb.
Yanğın söndürülüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin evdəki sobanın tüstü bacasının düzgün quraşdırılmaması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
6488 dəfə oxunub.
Digər xəbərlər

1-04-2016, 16:09
Plastlindən animasiya personajı yaradan azərbaycanlı rekordlar kitabına düşdü-(VİDEO)
27-11-2015, 12:56
Əlikram "Maserati" ilə klip çəkdirdi - video
17-04-2016, 16:25
ATƏT PA sedrinden Qarabağ münaqişesi ile bağlı AÇIQLAMA
29-11-2019, 17:22
Ərdoğandan Fransa prezidentinə CAVAB
3-02-2022, 12:17
Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi bilindi
4-03-2017, 11:43
Hər kəs oxusun: Pula qənaət etməyin 20 YOLU
20-08-2017, 11:10
Ərdoğan: Sən kimsən ki, Türkiyə prezidentinə göstəriş verirsən?
17-09-2021, 11:46
Koronavirusun DƏHŞƏTLİ NÖVÜ tapıldı: yaddaş itir və...