Daha 2 bank bağlandı
Tarix: 26-01-2016 | Saat: 21:32
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilmişdir. Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 26.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “NBCBank” ASC və “Yunayted Kredit Bank” ASC-də Əmanətlərin Siğortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.
BAĞLANAN BANKLARIN SAYI 4-Ə ÇATDI
Qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzi Bank "Bank of Azerbaijan" və "Gəncə Bank"ın lisenziyalarını ləğv etmişdir. Bununla da bağlanan bankların satı 4-ə çatıb.
Qeyd edək ki, “NBCBank” "Nurgün" Şirkətlər qrupuna məxsus idi.
Əlavə edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik", demişdi.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

30-12-2015, 16:20
Hacıqabul-Kürdəmir avtomobil yolunun açılışı oldu – FOTO + VİDEO
23-03-2021, 10:18
Gəncə terrorundan əziyyət çəkənlərə yeni evlər verildi - FOTOLAR
5-05-2016, 10:56
Emindən sevənlərinə şad xəbər
11-01-2023, 15:09
Daha bir məktəb direktorunun VİDEOSU yayıldı
7-06-2019, 14:18
Alimentin ödənilməsi dövlət hesabına həyata keçiriləcək? - 12-13 milyon manat vəsait tələb olunur - YENİ TƏKLİF
12-07-2016, 20:28
Rusiya İŞİD-in iri düşərgəsini darmadağın etdi
7-02-2018, 12:13
Cəbhədə silahlar susmur
17-01-2019, 13:10
Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu, öz boğazını kəsdi - TƏFƏRRÜAT
14-09-2017, 16:01
Azərbaycanlı aktrisa əri ilə siqaret çəkdiyi görüntünü paylaşdı - FOTO