Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ƏSAS MƏNƏM, MƏNİM QARNIM TOX OLSUN (yeni) SATİRA-QƏRİB
Tarix: 12-03-2015 | Saat: 23:02
Bölmə:Karusel / Maraqlı / M2 / Ekskluziv | çapa göndər

ƏSAS MƏNƏM, MƏNİM QARNIM TOX OLSUN (yeni) SATİRA-QƏRİB
Rauf Qərib Alagöz

Mal sataram bu millətə , maldı, mal,
Manat alan dollar ilə aldı mal.
Lal kasıbı yaman hala saldı mal,
Kasıb-kusub nəyə lazım?- yox olsun.
Əsas mənəm, mənim qarnım tox olsun.

Baş da mənəm, bəy də mənəm, xan da mən,
On dənə cib gəzdirirəm yanda mən.
Hər cibimi dolduraram anda mən,
Saraylarım ac gözlərə ox olsun.
Əsas mənəm, mənim qarnım tox olsun.

İstəyəndə qaldıraram qiyməti,
Sürüm-sürüm süründürrəm milləti.
Pulla alıb-sataram mən qeyrəti,
Qeyrət nə ki? var dövlətim çox olsun,
Əsas mənəm, mənim qarnım tox olsun.

Keyf edərəm hər yanda bir yarımla,
Öyünərəm qeyrətimlə, arımla.
Dinən dinsin, susduraram varımla,
Duam budur, mənim xalqım "lox" olsun.
Əsas mənəm, mənim qarnım tox olsun.


Xəbəri paylaş

9988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___