Moskvada 24 yaşlı azərbaycanlı “skinhedlər” tərəfindən döyülüb
Tarix: 20-01-2016 | Saat: 18:15
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında 24 yaşlı azərbaycanlı gənc “skinhedlər” tərəfindən döyülüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə yanvarın 19-da axşam saat 20:00 radələrində baş verib.
Kiyevski dəmir yol vağzalından hərəkət edən “Moskva-Bekasovo” elektrik qatarında bir qrup maskalı və beyzbol taxtası ilə silahlanmış şəxslər azərbaycanlı gəncə hücum ediblər. Qatarın dispetçeri dərhal hadisə yerinə polis çağırıb. Hadisə yerinə gələn polislər platformada döyülmüş Elvin adlı Azərbaycan vətəndaşını aşkar ediblər.
Azərbaycanlı oğlan onu döyənlərlə bağlı polisə şikayət etməyib. Hadisənin təfərrüatları barədə ifadə verən azərbaycanlı gənc bildirib ki, yanvarın 19-da Kiyevski vağzalından vaqona minib: “Vaqonda 10 nəfər gəncin qaçdığını gördüm. Fikirləşdim ki, yəqin bilet almayıblar. Ona görə də bələdçidən qaçırlar. Mən də onların arxasınca getdim, çünki mənim də biletim yox idi. Mən o biri vaqonun qapısından keçmək istəyəndə həmin gəclərdən biri yolumu kəsdi və məni milli zəminində təhqir etdi. Mən onu yumruğumla itələdim. O, mənim gözümə bibər qazı vurdu. Bu vaxt üstümə onun 8 nəfər yoldaşı düşdü və məni döyməyə başladılar. Başımı əzdilər. Lakin mən həmin qatarı tərk etmədim. Axırıncı stansiyaya qədər getdim”.
Elvin onu döyənlərin heç də hamısının maskalı olmadığını söyləyib: “Dəqiq xatırlamıram, amma onlardan bir-iki nəfər maska taxmışdı, digərləri üzlərini şərflə bağlamışdılar”.
Xəbəri paylaş
7198 dəfə oxunub.
Digər xəbərlər

23-10-2018, 16:17
Deputatlara yeni məhdudiyyətlər qoyulur
18-03-2019, 06:55
Terrorçuya haqq qazandıran siyasətçini peşman etdilər
27-03-2021, 03:09
Ukraynalı hərbçilər öldürüldü: Qərargah rəisi təcili...
25-02-2017, 12:18
“Zeynəb, heç vicdanın sızıldamadı?” - Flora Kərimovadan sərt açıqlama
28-03-2017, 12:38
Gülənin əmisi oğlu soyadından imtina etdi
29-08-2023, 21:24
Çölə çıxmazdan telefonda bu funksiyanı söndürün, yoxsa...
11-04-2019, 12:16
Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya atdı