Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elman Rüstəmov: "5 min dollara qədər krediti olanlara güzəşt olacaq"
Tarix: 19-01-2016 | Saat: 13:05
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Elman Rüstəmov: "5 min dollara qədər krediti olanlara güzəşt olacaq"
"Dollarla krediti olan vətəndaşlara güzəştlər olunacaq"

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda 5000 dollara qədər olan kreditlərə güzəştlərin verilməsi məsələsi hökumətin gündəliyindədir.

"Bu günləri 5000 dollara qədər olan kredit, kredit portfelinin 250 milyon dollar təşkil edir. Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”, - deyə Elman Rüstəmov vurğulayıb.

Elman Rüstəmov vurğulayıb ki, Azərbaycanda dollarda olan kreditlər üzrə borcların 1 dollara görə 1,05 manat məzənnəsi ilə ödənilməsi məsələsini müzakirə etmək lazımdır.


Xəbəri paylaş

8478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___