Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 6 nəfər dəm qazından boğuldu
Tarix: 18-01-2016 | Saat: 17:40
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycanda 6 nəfər dəm qazından boğuldu
Hər bir faktla bağlı araşdırma aparılır.

Azərbaycanda dəm qazından ölüm halları baş verib.

Xeberaz.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da Yasamal rayonunda yaşayan Fəridə Qurbanova, oğlu Həmid və Günay Məmmədova mənzillərində dəm qazından zəhərləniblər.

F.Qurbanova evdə ölüb, Həmid və G.Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Yanvarın 17-də Binəqədi rayonu ərazisində yaşayan Zərifə Salmanova, Yasamal rayonu ərazisində yaşayan Ramiz Zeynalov, Sumqayıt şəhərində yaşayan Nicat Hüseynov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Yanvarın 12-də Abşeron rayonu ərazisindən qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş Gülər Şirinova yanvarın 17-də orada ölüb.

Araşdırmalarla onun qidadan deyil, dəm qazından zəhərlənməsi müəyyən edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___