Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kreditə görə intihar edənlərin borcunu kim ödəyəcək?
Tarix: 18-01-2016 | Saat: 11:19
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Kreditə görə intihar edənlərin borcunu kim ödəyəcək?


Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Kamal Yaqubov yanvarın 15-də yaşadığı evdə özünü asıb. Yaxınları bildiriblər ki, Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.

Ondan bir gün əvəl isə Ramana qəsəbə sakini, 3 uşaq atası bankdan dollarla götürdüyü krediti ödəyə bilmədiyi üçün özünü asmışdı…

Son vaxtlar informasiya lentlərində adi, quru xəbər formasında verilən, əslində isə hər birinin arxasında dəhşətli faciə dayanan bu kimi xəbərlərə tez-tez rast gəlirik. Təkcə son 1 ayda borca görə intihar edənlərlə bağlı 6 məlumat dərc edilib. Son günlər İmişlidə, Ağcəbədidə, Sumqayıtda da oxşar faciələr yaşanıb.

Ekspertlər narahatdırlar ki, kredit borcuna görə intiharlar daha da artacaq. Çünki əhalinin 30-40 faizinin banklara borcu var və manatın ikinci devalvasiyasından sonra dollarla borcu olanlar daha da çıxılmaz vəziyyətə düşüblər.

Bəs intihar çıxış yoludurmu? Özünü öldürən şəxslərin borcu ləğv edilirmi? Ölən şəxsin borcunu ailəsi və ya ona zamin dayanmış şəxs ödəməlidirmi?

Xeberaz.az-in məlumatına görə, ekspert Azər Məmmədov virtualaz.org-a deyir ki, intihar və ya hansısa səbəbdən ölən şəxsin banka borcu silinmir, həmin borc kredit götürənin girov qoyduğu əmanətin satılması hesabına banka ödənilir:

"Məsələn, maşın və ya mənzil girov qoyaraq kredit götürülübsə, əvvəlcə ölən şəxsin ailəsi və ya yaxınlarına krediti ödəmək təklif edilir. Ailə krediti ödəməkdən imtina edirsə, girov qoyulan əmlak satılaraq kredit ödənilir. Girov satılandan sonra kredit tam ödənilmirsə, ailə qalan borcu ödəməlidir. Əks halda bankın məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə ailənin qalan əmlakını siyahıya alıb, kreditin ödəilməsi üçün satılmasına qərar verə bilər”.

Vəkil Əkrəm Həsənov isə deyir ki, insanlar intihara əl atmazdan əvvəl öz hüquqlarını öyrənməli və məhkəməyə müraciət etməlidir:

"Vəfat etmiş borclunun krediti onun əmlakı hesabına ödənilməlidir. Bu əmlak onun vərəsələrinə keçdikdə, onlar kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Bu isə o deməkdir ki, vərəsələrin öz əmlakı kreditin ödənilməsinə cəlb edilə bilməz. Buna görə də bankların kreditin ödənilməsini mərhumun ailə üzvlərindən tələb etməsi qanunsuzdur. Mərhumun əmlakı yoxdursa, yaxınları və ya ailəsi kredit ödəməməlidir”.

Ə.Həsənovun sözlərinə görə, borcu olanlar intihar və bu kimi fikilərə düşməsinlər. Çünki borca görə həbs və ya digər cəza tətbiq edilə bilməz. Yalnız məhkəmə qərarı olduğu halda qərəzli və üzrlü səbəb olmadan borcu ödəməkdən imtina edənlər həbs edilə bilərlər. Çünki bu, Cinayət Məcəlləsinin 306-cı və İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddələri ilə tənzimlənir.

"Təəssüf ki, çox zaman banklar vətəndaşları bu maddələrlə qorxudur. Halbuki borclu yalnız əmlakı ilə məsuliyyət daşıyır. Amma burada da müəyyən istisnalar var. Məsələn, Nazirlər Kabinetinin 5 iyun, 2002-ci il tarixli, 89 saylı qərarı ilə girovda olmayan bir ev,ümebel, paltar, uşaq ləvazimatı borcludan alına bilməz. Məhkəmə qərarı ilə borclunun aylıq gəlirinin, o cümlədən maaş və ya pensiyasının maksimum 50 faizi tutula bilər. Bu zaman borclunun və himayəsində olan şəxslərin yaşayış minimumu toxunulmazdır. Yəni borclunun gəlirinin yalnız sözügedən yaşayış minimumundan artıq hissəsi tutula bilər” - Ə.Həsənov əlavə edir.

Kreditlərin əsas hissəsindən başqa faiz borcunun məbləği də şişirdilir. Vəkil isə qanuna əsasən kredit üzrə faizlərin ildə bir dəfə tutulmalı olduğunu deyir. Ancaq onun sözlərin görə, təcrübə göstərir ki, bəzi banklar ayda bir dəfə faiz tutur və bununla da borcu şişirdirlər. Borclular isə bankdan, məhkəmədən əvvəl və ya məhkəmə prosesi əsnasında, indiyədək edilən ödənişlərin yenidən hesablanmasını tələb edə bilərlər.

"Onlar əmin olsunlar ki, ödənişlər yenidən hesablandıqda əsas borc azalacaq. Bundan əlavə, borcun ödənilməsini gecikdirdikdə, bank ödənişdən cərimə tutur. Amma bu cərimələr qanunsuzdur. Buna görə də cərimənin tutulmayacağı haqda bankdan yazılı iltizam alınmalıdır, əks halda borclu krediti ödəməkdən imtina etsin. Dollarla krediti olanlar isə Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar kredit müqaviləsinin dəyişdirilməsini, o cümlədən kreditin valyutasının manata çevrilməsini tələb edə bilərlər”-hüquqşünas deyir.

Ə.Həsənov intihar etmək fikrinə düşənlərə daha bir məsləhət verir. Onun sözlərinə görə, ümumiyyətlə, borclular məhkəmə prosesindən qorxmamalıdır. Əksinə, çoxsaylı və uzunmüddətli (borclu istəsə məhkəmə prosesini 2-3 il uzada bilər) məhkəmə proseslərindən banklar qorxur. Əvvəla, ona görə ki, məhkəmə proseslərini aparmaq üçün maddi və kadr resursları azdır. Digər tərəfdən isə belə proseslər zamanı kreditlər heç ödənilmir və bankın müflisliyi reallaşır. Daha sonra, bir qayda olaraq, faizlərin hesablanması dayandırılır.

"Başqa bir məqam. Məhkəmə prosesi nə qədər çox çəkirsə, bankın da girovu satıb pulunu götürməsi təxirə salınır. Böyük ehtimalla məhkəmə prosesi bitəndə girovun da dəyəri xeyli azalmış olacaq. Nəhayət, məhkəmə prosesi əsnasında borclu da faizlərin yenidən hesablanması, güzəştlərin tətbiqi, cərimələrin silinməsi və digər tələblərlə banka qarşı iddialar irəli sürə bilər”-hüquqşünas bildirir.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___