Vergilər Nazirliyi 23 nəfəri həbs edib
Tarix: 07-04-2015 | Saat: 19:31
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
13 milyon 72,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib
Xeberaz.az-ın lent.az-a istinadən xəbərinə görə, bu ilin birinci rübü ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 346 cinayət işi başlanıb.Həmin cinayət işlərindən 110-u vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə, 225-i vergi borcunun ödənilməməsi, 11-i əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə, aksiz markası olmadan malların satışı və saxlanılması ilə məşğul olma faktları üzrə operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında başlanıb.
Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 13 milyon 72,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.
Departamentin İstintaq idarəsində 161 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 23 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 112 cinayət işi üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (o cümlədən, 16 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işlərinə xitam verilib.
İstintaqı tamamlanmış cinayət işləri üzrə 39 nəfər barəsində 30 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Xəbəri paylaş
7308 dəfə oxunub.
Digər xəbərlər

10-01-2016, 11:19
Fransızlar məscidlərə axın etdi
27-04-2018, 15:29
“Azərbaycan müğənnilərinə qulaq asmıram”-Səmra
8-09-2016, 15:26
Azərbaycanlı prodüser özünə bəysiz özəl gün keçirtdi. - FOTO
12-09-2016, 21:46
Aparıcı Zaur ailə şəkillərini paylaşdı - FOTO
26-09-2018, 13:49
“Mənim və övladımın xəstəliyi sağalan deyil" - Könül Xasıyeva
21-01-2017, 15:28
İstanbul-Bakı aviareysində ŞÜBHƏLİ QADIN SƏRNİŞİN - FOTO
15-12-2017, 09:42
Şaxta baba və Qar qız işə başlayacaq-Bakıda
17-09-2016, 18:28
"Mitinqdən sonra asayişi pozmağa cəhd edilib, saxlanılanlar var" - RƏSMİ
2-09-2015, 12:17
MTN-dən İŞİD xəbərdarlığı: Ayıq-sayıq olun!
12-06-2020, 09:30
Mübariz Mənsimovla bağlı qərar verildi